AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

İran buna görə Rusiyadan təhlükəsizlik dəstəyi istəyir

  • + A
  • - A
  • 5-11-2022, 22:22

    İran buna görə Rusiyadan təhlükəsizlik dəstəyi istəyir


    İran hökuməti Qərb və etirazçılarla mübarizədə Rusiyadan təhlükəsizlik dəstəyi almaq istəyir.

    İranda baş verən hazırkı etirazların nəticələrindən və İslam Respublikasının qeyri-müəyyən gələcəyindən narahat olan Tehran Rusiyadan Qərbə və İran daxilində etirazçılara qarşı təhlükəsizlik dəstəyi verməsini istəyib.

    İslam Respublikası Ukrayna savaşında Putinə silah dəstəyi verməklə və Qərblə nüvə sazişini imzalamaqdan çəkinərək Rusiyanın istəyini qəbul edib.

    “Fiqaro” qəzetinin tanınmış jurnalisti Georges Malbruno öz məqaləsində İran və Rusiya arasında artan yaxınlıq və hərbi əməkdaşlığa toxunaraq yazıb ki, Tehran Ukrayna savaşında Rusiyaya silah dəstəyi müqabilində indi Moskvadan təhlükəsizlik mühafizəsi çətirini açmağı gözləyir. Qəzet yazır ki, oktyabrın 6-da İranın 1-ci vitse-prezidenti Məhəmməd Moxber 2 SEPAH generalı və İran Ali Milli Təhlükəsizlik Şurasının bir üzvü ilə birlikdə Moskvaya gedib və Rusiyaya Ukrayna müharibəsində silah dəstəyi qarşılığında rəsmi şəkildə təhlükəsizlik dəstəyi istəyib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR