AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Ağcabədidə “Zəfər günü” münasibətilə tədbir keçirilmişdir.

  • + A
  • - A
  • 8-11-2022, 13:58

    Ağcabədidə “Zəfər günü” münasibətilə tədbir keçirilmişdir.


    Noyabr ayının 7-də YAP Ağcabədi rayon təşkilatı “Zəfər günü” münasibətilə tədbir keçirmişdir.

    Tədbirdən əvvəl YAP Ağcabədi rayon təşkilatının əməkdaşları və tədbir iştirakçılarının bir qrupu Qəhramanlar parkında şəhidlərin məzarlarını ziyarət edərək onların xatirəsini ehtramla yad etdilər.

    YAP Ağcabədi rayon təşkilatının sədri Rövşən Əhmədov tədbiri açaraq qeyd etdi ki, noyabrın 8-də erməni işğalçıları üzərində Zəfər Qələbəsinin 2-ci ili tamam olur. Bayram münasibətilə Respublikamızın hər yerində silsilə tədbirlər keçirilir, şəhid ailələri və qazilər ziyarət edilir. Bu münasibətlə YAP Ağcabədi rayon təşkilatı da bir qrup qəhrəman hərbçilərimizi, şəhid ailələrinin üzvlərini, qaziləri, müharibə veteranlarını, ərazi təşkilat sədrlərini dəvət edərək Zəfər günü münasibətilə sizlərlə görüşməyi qərara alıb.
    Tədbiri açıq elan edəndən sonra Azərbaycanın Dövlət Himni səsləndirildi. Azərbaycanın dövlət müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edildi.

    YAP Ağcabədi rayon təşkilatının sədri Rövşən Əhmədov geniş məruzə etdi. Məruzədə qeyd edildi ki,uzun illərdən bəri Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev tərəfindən aparılan məqsədyönlü işlər, yürüdülən uzaqgörən siyasət, xüsusilə ordu quruculuğu sahəsində həyata keçirilən tədbirlər öz bəhrəsini verdi.Heç bir beynəlxalq ədalətsizlik, heç bir əziyyət xalqımızın qələbəyə olan inamını sarsıtmadı, Azərbaycan xalqının, Azərbaycan dövlətinin, Azərbaycanın liderinin iradəsinə təsir göstərmədi. ”Azərbaycan heç vaxt öz ərazi bütövlüyünün pozulması ilə barışmayacaq, torpaqlarında ikinci erməni dövlətinin yaranmasına yol verməyəcək, ölkəmizin ərazi bütövlüyü tam bərpa edilməli, azərbaycanlılar əzəli yurdlarına qayıtmalıdırlar” deyən Liderinin, Ali Baş Komandanın ətrafında hər gün daha sıx birləşdi, birliyimiz hər gün daha da möhkəmləndi.”Qarabağ Azərbaycandır və nida” ifadəsi bizim milli mübarizəmizin rəmzinə çevrildi.Bu birlik bizi Qarabağa qaytardı!

    Tədbirdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağcabədi rayon şöbəsinin rəisi, polkovnik-leytenant Qabil Rzayev, I və II Qarabağ Müharibəsinin iştirakçısı, həkim Ayaz Musayev, Şəhid ailəsinin üzvü Nüşabə İbrahimova, Vətən Müharibəsi qazisi Niyaz Bayramov, “N saylı” hərbi hissənin zabiti kapitan Elcan İsayev çıxış edərək, qazanılan Qələbədə ordnun rolu barədə öz təəssüratlarını söylədilər.

    Tədbirdə Vətən Müharibəsi iştirakçılarının bir qrupuna təntənəli şəkildə medallar təqdim edildi, Partiya həyatında fərqlənən YAP fəallarının bir qrupuna Fəxri Fərmanlar verildi.

    Ağcabədi 4 saylı tam orta məktəbin şagirdləri şəhidlərimiz, Qəhrəman Ordumuz barədə və Vətənpərvərlik ruhunda şeirlər söylədilər.
    Sonda tədbir iştirakçıları ilə xatirə şəkli çəkildi.









    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR