Bir neçə ay əvvəl Prezident Administrasiyasındakı vəzifəsindən azad edilən Arif Novruzov vəfat edib.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, bir neçə rayonun kuratoru kimi çalışmış A. Novruzov xəstəlik səbəbindən dünyasını dəyişib.
Qeyd edək ki, A.Novruzov və kürəkəninin adı dələduzluq cinayətində hallanıb. Həmin vaxt o, həbsdə olan kürəkəninin azadlığa buraxılması üçün özlərini səlahiyyətli şəxs kimi təqdim edən şəxslərə 100 min manat verib. Lakin pulu alan şəxslərin yalanı sonradan üzə çıxıb və onlar tutularaq məsuliyyətə cəlb edilib.
Məlum olub ki, A.Novruzovun kürəkəni tekstil ticarəti ilə məşğul olub və türkiyəli iş adamları ilə 2 milyonluq pul məsələsinə görə tutulub. Bundan sonra A.Novruzov kürəkənini azadlığa çıxarmaq üçün müxtəlif vasitələrə əl atıb və dələduzluqla üzləşib.
Arif Novruzov sözügedən hadisədən sonra vəzifəsindən azad edilib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.