Azadmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, Ukraynada müharibə tam sürətlə davam edərkən, Rusiyanın Xersondan geri çəkilmək qərarı ilə münaqişələr yeni müstəviyə keçdi. Dünyanın bir nömrəli gündəm maddəsinə çevrilən Xersonla bağlı Kremldən son dəqiqə açıqlaması gəldi.
Dünyanın gözü və qulağı fevralın 24-dən Ukraynadan gələn xəbərlərdədir.
Bəli, müharibə küləyi Rusiyanın açıqlaması ilə sanki əksinə çevrilib. Ukrayna ordusu Rusiyanın ələ keçirdiyi cənubdakı Xerson şəhərindən geri çəkiləcəklərini elan etdikdən sonra son gündə şəhər ətrafında əhəmiyyətli qazanc əldə etdiklərini açıqlayıb.
Məlumata görə, Ukrayna əsgərləri Xersonun 50 km şimalında yerləşən mühüm Snixurivka şəhərini geri alıblar.
AFP-nin verdiyi məlumata görə, Kreml Ukraynanın cənubundakı Xerson şəhərinin hələ də Rusiyanın tərkibində olduğunu açıqlayıb. Kreml ötən günlərdə elan edilən geri çəkilmənin başa çatdığını vurğulayıb.
Çərşənbə günü Moskva Ukraynanı iki yerə bölən Dnepr çayının qərb sahilindən çəkiləcəyini açıqlayıb.
Rusiya prezidenti Vladimir Putin televiziyada yayımlanan açıqlamaya qatılmadığını bildirmişdi.
Ülkər Piriyeva
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.