ŞƏRQŞÜNAS ALİMLƏR “BARTOLD QİRAƏTLƏRİ”NDƏ MƏRUZƏ EDİBLƏR - FOTO
ŞƏRQŞÜNAS ALİMLƏR “BARTOLD QİRAƏTLƏRİ”NDƏ MƏRUZƏ EDİBLƏR
Azadmedia.az - AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun Türkiyə tarixi və iqtisadiyyatı şöbəsinin müdiri akademik Şahin Mustafayev və Beynəlxalq əlaqələr şöbəsinin müdiri tarix üzrə fəlsəfə doktoru Gülər Qafqazlı noyabrın 10-da Rusiya Federasiyasının Moskva şəhərində Rusiya Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun keçirdiyi "Bartold qiraətləri" adlı beynəlxalq konfransda iştirak ediblər.
Akademik Şahin Mustafayev konfransda “1728-ci il Təbriz sancağının osmanlı vergi reyestrinə əsasən şəhər mərkəzində və aqrar sahədə toplanan bəzi vergi xüsusiyyətlərinə dair” adlı məruzə ilə çıxış edib. Məruzədə osmanlı vergi reyestrlərinin xüsusiyyətlərindən, Təbriz şəhərində və onun tabeliyində olan ərazilərdən toplanan əsas vergilərdən bəhs edilib.
Gülər Qafqazlı konfransda “Misirdə Məmlük dövlətinin tarixinin öyrənilməsində İbn Tağriberdinin “Ən-nücum əz-zahira fi muluk Mısr va əl-Qahira” əsəri bir mənbə kimi” mövzusunda məruzə edib. Məruzədə İbn Tağriberdinin 16 cildlik əsəri, əsərin yazılma xüsusiyyətləri, Məmlük dövlətində baş vermiş bəzi mühüm hadisələrin qısa şərhi barədə danışılıb.
Vüqar Məmmədov,
AMEA Şərqşünaslıq İnstitutunun
ictimaiyyətlə əlaqələr üzrə məsul əməkdaşı,
filologiya üzrə fəlsəfə doktoru
www.AzadMedia.az
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR