ABŞ prezidenti Cozef Bayden, Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyasının (ASEAN) Kambocada keçirilən sammitində çıxışı zamanı Kolumbiyada olduğunu bildirib.
Onun çıxışından bir parça Respublikaçı Milli Komitəsinin (RNC) "Twitter" hesabında paylaşılıb.
"Mən Kolumbiyanın Baş nazirinə ASEAN-ın sədri kimi liderliyinə görə təşəkkür etmək istəyirəm", - Amerika lideri Kambocanın Baş naziri Hun Senə deyib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.