AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Hüseyn Hüseynov : Məşhur Məmmədov haqqında düşüncələrim - ÖZƏL

  • + A
  • - A
  • 12-11-2022, 14:30

    Hüseyn Hüseynov : Məşhur Məmmədov haqqında düşüncələrim - ÖZƏL


    Məşhur müəllim haqqında düşüncələrim!

    Azərbaycan Respublikası Milli Məclisin deputatı,xeyriyyəçi iş adamı,xalqının sevimlisi Məşhur Şahbaz oğlu Məmmədov haqqında onun müəllimi kimi təhsilə göstərdiyi təmənnasız qayğısı,müəllimə verdiyi qiymətlə bağlı öz fikirlərini bildirməyi özümə borc bilirəm.

    Məşhur Məmmədov ilk xeyriyyəçilik işlərini təhsil aldığı T.M.Bayraməlibəyov adına Yeddioymaq kənd 2 saylı tam orta məktəbində həyata keçirmişdir.Əsas məqsəd şagirdlərin bilik səviyyəsini yüksəltməklə yanaşı,müəllim əməyinə onların fəaliyyətinə göstərilən diqqət olmuşdur.2003-cü ildən T.M.Bayraməlibəyov Yeddioymaq 2 saylı tam orta məktəbində I – XI ci sinif şagirdlərinin bilik səviyyələrini qaldırmaq məqsədi ilə bilik yarışları təşkil edilmiş və hər sinifdə I , II , III, yerləri tutmuş şagirdlər həmçinin ən yaxşı ixtisas müəllimlərinədə pul mükafatları Rayon İcra Hakimiyyəti və Rayon Təhsil Şöbəsinin əməkdaşlarının iştirakı ilə təntənəli surətdə təqdim edilmişdir.




    Bu istiqamətdə görülən tədbirlər mütəmadi olaraq növbəti illərdə də davam etdirilmişdir.Bilik yarışının əhatə dairəsi genişlənərək 2004-cü ildə rayonun Qızılağac,Təzəkənd,Oncaqala,Şıxlar,Musaküçə,Yeddioymaq 1-2 saylı tam orta məktəblərindədə aparılmışdır.

    Heydər Əliyev Fondunun köməyi,Məşhur Məmmədovun maliyyə dəstəyi ilə 2004-cü ildə 350 yerlik Yeddioymaq 1 saylı tam orta məktəb 2008-ci ildə 450 yerlik T.M.Bayraməlibəyov adına Yeddioymaq kənd 2 saylı tam orta məktəb tikilmiş və şagirdlərin istifadəinə verilmişdir.

    Ümumimilli Lider Heydər Əliyev demişdir: ‘’Mən Azərbaycanın sadə vətəndaşıyam. Bu addan yüksək ad yoxdur.
    Ancaq bundan da yüksək ad müəllimlikdir.‘’

    Məşhur Məmmədov Heydər Əliyev ideyalarına,onun dövlətçilik siyasətinə sadiq olan insanlardan hesab edilir.

    Məşhur Məmmədov Masallıda ilk dəfə 500 nəfərdən yuxarı iş yeri açmışdır.2020-ci ildə keçirilən Növbədən kənar seçkilərdə Masallı şəhər 70-saylı seçki dairəsindən zəhmətkeşlərin istəyi ilə Azərbaycan Respublikası Milli Məclisinə deputat seçilmiş, Məşhur Şahbaz oğlu Məmmədovun təşəbbüsü və Maliyyə dəstəyi ilə ‘’Masallı Təhsil Fondu’’ yaradıldı.

    ‘’Masallı Təhsil Fondu’’nun 3 (üç) illik fəaliyyəti müddətində aztəminatlı ailələrin 160 nəfər qız övladları Azərbaycan Dövlət Pedaqoji Universitetlərində təhsil aldıqları hər il üçün onların təhsil haqqları,təqaüdləri təmin edilir.

    Millət Vəkili Məşhur Məmmədov digər xeyriyyəçilik işləri ilə yanaşı təhsil məsələsi həmişə onun diqqət mərkəzində olmuşdur.
    Qızların təhsilinə göstərdiyi qayğı rayonda azyaşlı qızların erkən nigaha girməsinin qarşısını almaqa yönələn ən vacib işlərdən hesab edilir.

    Masallıda yüksək biliyə,dərin zəkaya malik qızların təhsil almalarına kömək məqsədi ilə son 3 ildə ali məktəblərə hazırlaşmaq üçün IX, X, XI siniflərdə təhsl alan qızlara test kitabları hədiyyə edilmişdir.

    2022/2023-cü tədris ilində 70-saylı seçki dairəsinə daxil olan rayonun ümumtəhsil məktəblərinin IX siniflərdə 480, X siniflərində 280 və XI siniflərində 321 nəfər qızlara imtahanlara hazırlaşmaq məqsədi ilə Azərbaycan dili,Riyaziyyat,Abituriyent jurnalı və cavab kartları “Masallı Təhsil Fondu“nun əməkdaşları tərəfindən hədiyyə olaraq verilmişdir. Məşhur müəllimin təşəbbüsü ilə son 3 ildə hər semestrn sonunda tələbələrlə görüş keçirilir.9 Sentyabr 2022-ci il tarixdə Masallı rayon İcra Hakimiyyəti başçısı Azraz Əhmədov,Millət Vəkilləri Anar İsgəndərov və Məşhur Məmmədovun iştirakı ilə keçirilən görüşdə tələbələr öz fikirlərini bildirmiş,onlara təhsil sahəsində uğurlar bildirilmişdir.


    Məşhur Məmmədov tanınmış mütəfəkkir,etnoqraf alim,xeyriyyəçi,Masallı rayon Yeddioymaq kəndində anadan olmuş büstü 16-sı oktyabr 2022-ci il tarixdə onun adını daşıyan Yeddioymaq kənd 2 saylı tam orta məktəbində təntənəli surətdə rayon İcra Hakimiyyəti başçısı,Millət Vəkilləri və onun varislərinin iştirakı ilə açılış oldu.

    Millət Vəkili Məşhur Məmmədovun gördüyü işlər təkcə təhsillə bitmir.O vətənimizin azadlıqı uğrunda şəhid olan I Qarabağ 44 günlük Vətən Müharibəsində öz canlarını qurban vermiş şəhidlərimizin xatirəsini həmişə diqqət mərkəzində saxlamaqla,şəhid ailələrinə vaxtlı-vaxtında baş çəkir,onlara maddi və mənəvi köməklik göstərir.Azərbaycan Respublikası Milli Məclisinin deputatı Məşhur Şahbaz oğlu Məmmədova bu xeyirxah işlərində uğurlar diləyirəm.




    P.S. Hüseynov Hüseyn Həsən oğlu
    Azərbaycan Respublikasının qabağcıl maarif xadimi,baş müəllim.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR