YAP-nın yaradılmasının 30-cu ili münasibətilə ağacəkmə aksiyası keçirilib.
Azadmedia.az xəbər verir ki, Yeni Azərbaycan Partiyası (YAP) və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə YAP-nın təsis olunmasının 30 illiyi münasibətilə ağacəkmə aksiyası keçirilib.
YAP-nın yaranmasının 30 illiyi münasibətilə təşkil olunan ağacəkmə kampaniyasında partiyanın rəhbərliyi, YAP-nı Milli Məclisdə təmsil edən deputatlar - Məşhur Məmmədov, Elnur Allahverdiyev və başqaları, YAP-nın rayon və şəhər təşkilatları, həmçinin Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yerli strukturları iştirak edib.
Belə ki, aksiya çərçivəsində müxtəlif növ ağaclar əkilib. Həmçinin ağacların əkildiyi ərazilərdə təmizlik işləri aparılıb, ağaclara aqrotexniki qulluq göstərilib. Bu tərz dəyərli təşəbbüs ölkəmizdə həyata keçirilən “yaşıllaşdırma siyasəti”nə daha bir mühüm töhfədir.
Müasir, müstəqil Azərbaycan dövlətinin qurucusu, Yeni Azərbaycan Partiyasının yaradıcısı, Ümummilli lider Heydər Əliyev ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə ətraf mühitin mühafizəsinə, ekoloji vəziyyətin yaxşılaşdırılmasına xüsusi diqqət göstərib.
Qeyd edək ki, hal-hazırda bu siyasət Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
YAP-nın nümayəndələri də bu prosesə layiqli töhfələrini verirlər.