AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Ulu Öndər Heydər Əliyevin yaratdığı partiya ötən illər ərzində ölkəmizdə siyasi sabitliyin və davamlı inkişafın təminatçısı kimi çıxış etmişdir

  • + A
  • - A
  • 14-11-2022, 17:00

    Ulu Öndər Heydər Əliyevin yaratdığı partiya ötən illər ərzində ölkəmizdə siyasi sabitliyin və davamlı inkişafın təminatçısı kimi çıxış etmişdir
    Zaur muradov
    YAP İsmayıllı təşkilatının sədri


    Yarandığı gündən Yeni Azərbaycan Partiyasının məramı Azərbaycanın dövlət müstəqilliyinin qorunub möhkəmləndirilməsindən, ərazi bütövlüyünün təmin edilməsindən, demokratik, hüquqi, dünyəvi cəmiyyət qurulmasından, əmin-amanlıq, ictimai-siyasi sabitlik, milli həmrəylik, güclü və sosialyönümlü iqtisadiyyat yaratmaqdan ibarət olmuş və partiyamız 30 ildə öz məqsədlərinə uyğun fəaliyyət göstərmişdir.
    Yeni Azərbaycan Partiyası bütün məqamlarda ardıcıl və məqsədyönlü şəkildə dövlətçilik, milli-mənəvi dəyərlərimizə sadiqlik mövqeyində dayanmış, xalqımızın arzularının ifadəçisi kimi çıxış etmiş, iqtidar partiyası olaraq, Heydər Əliyev siyasətinin avanqard qüvvəsi kimi, xalqımızın qarşısında dayanan vəzifələrin həll edilməsinə layiqli töhfəsini vermişdir.
    Bu gün Ulu öndər Heydər Əliyevin siyasi kursu Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Cənab Prezidentin rəhbərliyi ilə ölkəmiz uğurla inkişaf edir. Son illərin statistikasına və siyasi xronikasına baxmaq kifayətdir ki, Azərbaycan Respublikasının uğurlu inkişaf mənzərəsi hər kəsin gözü önündə canlansın.
    Azərbaycanın beynəlxalq aləmdə olan nüfuzunun durmadan artması, daxili və xarici siyasətin ən nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən dəstəklənməsi Ümummilli liderimiz Heydər Əliyevin idarəçilik məktəbinin dövlət başçısı, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyev tərəfindən qətiyyətlə davam etdirilməsinin nəticəsidir. İndi Azərbaycan dünya birliyini maraqlandıran ən qlobal layihələrin təşəbbüskarı, iştirakçısı və müəllifidir. Azərbaycanın iştirakı olmadan bölgədə heç bir layihənin icrası mümkün deyil.
    Ali Baş Komandan, cənab İlham Əliyevin rəhbərliyi ilə hərbi, siyasi və diplomatik sahələrdə uğurlu fəaliyyətin həyata keçirilməsi, xalq- iqtidar birliyi 30 ilə yaxın müddətdə düşmənin işğalı altında qalan tarixi torpaqlarımızın azad edilməsi ilə nəticələndi. Qüdrətli Azərbaycan Ordusunun uğurlu hərbi əməliyyatlar apararaq 44 gün ərzində Ermənistanın silahlı qüvvələrini darmadağın etməsi, düşmənin məğlub olaraq qarşımızda diz çökməsi və təslim olması xalqımızın tarixi zəfəridir. Təəssüf ki, müharibə itkisiz olmur. Vətən müharibəsində Qələbəmiz Şəhidlərimizin, qazilərimizin canı-qanı bahasına əldə olundu. Şəhidlərimizin əziz xatirəsi dövlətimiz və xalqımız tərəfindən uca tutulur, şəhid ailələrinin və müharibə əlillərinin problemlərinin həlli daim diqqət mərkəzində saxlanılır. Azərbaycanın bütövlüyü naminə canından keçmiş bütün şəhidlərimizin ruhu qarşısında baş əyir, qazilərimizə şəfa, şəhid ailələrinə səbr diləyirəm.
    Hazırda işğaldan azad olunmuş ərazilərdə sürətlə bərpa-quruculuq işləri aparılır. Yeni yol infrastrukturu yaradılır, elektrik enerjisi ilə təchizat məsələləri həll edilir, hava limanları tikilib istifadəyə verilir, ərazilərin minalardan təmizlənməsi prosesi həyata keçirilir. Cənab Prezident İlham Əliyev tərəfindən bütün Qarabağ “yaşıl enerji” zonası elan edilib. Yaşayış məntəqələri “ağıllı şəhər”, “ağıllı kənd” konsepsiyaları əsasında bərpa olunur. Artıq böyük qayıdışa start verilib və inanırıq ki, yaxın müddətdə bütün məcburi köçkünlər öz yurdlarına qayıdacaqlar.
    Yeni Azərbaycan Partiyası Azərbaycan xalqının bir parçasıdır deyən möhtərəm Prezidentimiz qeyd edirdi ki, noyabr ayı Azərbaycan üçün əlamətdar tarixlərlə zəngindir. Təsadüfi deyil ki, hazırda regionun ən güclü partiyası olan YAP da məhz noyabr ayında təsis edilib. Hər birinizi Yeni Azərbaycan Partiyası İsmayıllı rayon təşkilatının üzvləri adından və şəxsən öz adımdan partiyamızın yaranmasının 30 illik yubileyi münasibəti ilə təbrik edir, yeni-yeni uğurlar arzu edirəm.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR