Bakı şəhəri, Qaradağ rayonunda yerləşən "Sədərək" ticarət mərkəzində quldurluq hadisəsi törədilib.
Noyabrın 11-də naməlum şəxs ticarət mərkəzində sahibkar kimi fəaliyyət göstərən Ağayev Şakir Fərhad oğlunun işlətdiyi mağazaya daxil olub. O, dəmirlə biznesmenin baş nahiyəsinə xəsarət yetirib. Daha sonra həmin şəxs mağazadan 30 min manat pulu götürərək uzaqlaşıb.
Faktla bağlı Qaradağ Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 181.2.5-ci (quldurluq) maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.
DİN Mətbuat xidmətindən "Qafqazinfo"ya bildirilib ki, quldurluq əməli ilə bağlı müvafiq araşdırma aparılır: “Araşdırmanın nəticəsi barədə məlumat veriləcək”.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.