Sabah Milli Məclisin plenar iclasında 2023-cü ilin dövlət büdcə layihəsi müzakirəyə çıxarılacaq.
3 gün davam edəcək büdcə müzakirəsində hökumət üzvləri iştirak edəcək.
Qeyd edək ki, 2023-cü il üçün dövlət büdcəsinin gəlirləri 30,7 milyard manat proqnozlaşdırılıb. Bu, ölkə tarixinin ən yüksək göstəricisi olmaqla, 2022-ci illə müqayisədə 5,2 faiz, 2021-ci illə müqayisədə isə 16,4 faiz çoxdur.
Gələn ilin dövlət büdcəsinin xərcləri 33,3 milyard manat proqnozlaşdırılır ki, bu da 2022-ci illə müqayisədə 1,0 milyard manat, 2021-ci illə müqayisədə isə 5,9 milyard manat çoxdur. 2023-cü ilin dövlət büdcəsinin gəlirləri kimi xərcləri də ölkə tarixinin ən yüksək göstəricisidir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.