AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Ərdoğanla görüşdən sonra Baydendən F-16 AÇIQLAMASI

  • + A
  • - A
  • 15-11-2022, 19:09

    Ərdoğanla görüşdən sonra Baydendən F-16 AÇIQLAMASI


    G20 Sammitində keçirilən ikitərəfli görüşdə ABŞ prezidenti Bayden Ərdoğana administrasiya olaraq Türkiyə ilə ABŞ arasında F16 prosesini dəstəkləməyə davam edəcəklərini bildirib.

    G20 Sammitində AKP prezidenti Ərdoğanla görüşən ABŞ prezidenti Co Bayden İstiqlal küçəsində baş verən hücumda həyatını itirənlərə başsağlığı verib.

    Prezidentliyin Kommunikasiya Müdirliyindən verilən məlumata görə, ABŞ prezidenti Co Bayden Rusiya ilə Ukrayna arasındakı taxıl dəhlizindəki problemin həlli və daşınmaların bərpasını təmin etmək üçün göstərdiyi səylərə görə Ərdoğana təşəkkür edib.

    Türkiyə ilə ABŞ arasındakı F16 prosesində bir administrasiya olaraq Ərdoğanı dəstəkləməyə davam edəcəklərini ifadə edən Bayden, Türkiyənin İsveçin NATO üzvlüyü prosesində mühüm bir aktor olduğunu da qeyd edib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR