Rusiya qüvvələri tərəfindən gün ərzində Ukrayna ərazisinə 85 raket zərbəsi endirilib.
Bunu Ukrayna Prezidenti Volodimir Zelenski çərşənbə axşamı ənənəvi videomüraciəti zamanı bildirib.
O qeyd edib ki, əsasən, energetika obyektləri hədəfə alınıb.
Dövlət başçısının sözlərinə görə, daha 20 raket zərbəsi gözlənilir.
Xatırladaq ki, bugünədək Ukraynaya ən böyük raket hücumu oktyabrın 10-da qeydə alınıb. Həmin gün Rusiya tərəfi Ukrayna ərazisinə 84 raket zərbəsi endirib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.