Polşa Xarici İşlər Nazirliyi Rusiya istehsalı olan raketlərin Polşa ərazisinə düşməsi ilə bağlı açıqlama yayıb.
Açıqlamada qeyd olunur ki, bununla əlaqədar Rusiyanın Varşavadakı səfiri Sergey Andreyev izahat üçün Polşa XİN-ə çağırılıb.
“Noyabrın 15-də bir neçə saat ərzində Rusiya Federasiyasının silahlı birləşmələri tərəfindən Ukraynanın bütün ərazisinin və onun infrastrukturunun kütləvi şəkildə atəşə tutulması müşahidə olunub. Saat 15:40-da Pşevoduv kəndinə Rusiya istehsalı olan raket düşüb. Hadisə nəticəsində iki Polşa vətəndaşı ölüb” – açıqlamada bildirilir.
Qeyd edək ki, bu, Polşa hökumətinin hadisə ilə bağlı ilk rəsmi açıqlamasıdır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.