AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Parlamentdə bəyanatın hazırlanması üçün komissiya yaradıldı - YENİLƏNİB

  • + A
  • - A
  • 16-11-2022, 16:19

    Parlamentdə bəyanatın hazırlanması üçün komissiya yaradıldı - YENİLƏNİB


    Milli Məclisdə Fransa Senatında qəbul edilən qətnamə ilə bağlı qəbul ediləcək bəyanatın hazırlanamsı üçün komissiya yaradılıb.

    Bu barədə Milli Məclisin bu gün keçirilən iclasında spiker Sahibə Qafarova məlumat verib.

    Komissiyanın sədri Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, deputat Səməd Seyidov təyin edilib.

    Komissiyanın üzvləri isə deputatlar - Zahid Oruc, Asim Mollazadə, Sədaqət Vəliyeva, Ramin Məmmədov və Sabir Hacıyev olublar.

    ***15:03

    “Təklif edirəm Fransa Senatında qəbul edilən qətnamə ilə bağlı Milli Məclisin bəyanatını qəbul edək”.

    Bunu parlamentin bu gün keçirilən iclasın spiker Sahibə Qafarova deyib.

    Spiker qeyd edib ki, Fransanın sön dövrdəki fəaliyyəti ilə bağlı bəyanatın qəbul edilməsi məqsədəuyğun olardı:

    MM sədrinin bəyanatın qəbul edilməsi ilə bağlı məsələnin gündəliyə salınması ilə bağlı təklifi qəbul olunub.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR