Xəbər verdiyimiz kimi, Azərbaycan Milli Məclisində Fransa Senatının qəbul etdiyi qətnamə ilə bağlı bəyanat qəbul olunub.
Bəyanatda Fransanın davamlı anti-Azərbaycan fəaliyyəti nəzərə alınaraq, Azərbaycan hökumətinə aşağıdakı tədbirlərin görülməsi ilə bağlı çağırış edilib.
-Fransa hökuməti tərəfindən birtərflik təminatı verilməyən qədər, onun Azərbaycan və Ermənistan arasında normallaşma prosesi ilə əlaqədər təşəbbüs və fəaliyyətlərdə iştirakına cəlb edilməsinə imkan verilməməsi, bu məsələlərlə bağlı Fransa rəsmiləri ilə hər hansı müzakirənin aparılmaması.
-Fransa rəsmilərinin Azərbaycanda hər hansı aktivləri aşkar edildiyi təqdirdə, onların dondurulması.
-Fransa şirkətlərinin Azərbaycan dövlətinin sifarişləri ilə həyata keçirilən hər hansı layihədə iştirakına yol verilməməsi,
-Fransa şirkətlərinin enerji sektorunda Azərbaycan tərəfi ilə əməkdaşlığına yenidən baxılması,
-Azərbaycanla Fransa arasında mövcud olan siyasi, iqtisadi münasibətlərə yenidən baxılması,
-Qoşulmama Hərəkatının sədri kimi Fransanın müstəmləkəçilik siyasi, insanlıq əleyhinə cinayətlərin və hərbi cinayətlərin beynəlxalq təşkilat çərçivəsində qaldırılması.
-İƏT çərçivəsində Fransanın islamafobiya siyasətinin məsələsinin gündəliyə çıxarılması.
-Türk dövlətləri təşkilatları çərçivəsində Fransanın türkəfobiya siyasətinin gündəliyə çıxarılması.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.