Türkiyə Milli Müdafiə Nazirliyi 17 Noyabr - Milli Dirçəliş Günü ilə bağlı paylaşım edib.
Nazirlik Azərbaycan xalqını təbrik edib.
“34 il əvvəl qardaş Azərbaycan xalqının başlatdığı Milli Dirçəliş Günü müstəqillik hərəkatının mühüm dönüş nöqtəsi oldu. Qardaşlarımız 32 ildən sonra isə Qarabağda böyük zəfər qazandılar və dirçəliş ruhunun nə qədər canlı olduğunu göstərdilər”, - paylaşımda bildirilib.
Əlavə olunub ki, Türkiyə “İki Dövlət, Bir Millət” anlayışı ilə hər zaman azərbaycanlı qardaş və bacıları ilə bir yerdə olmağa davam edəcək.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.