Təbriz zindanında Azərbaycan bayrağı üstündə dava düşüb.
Bu barədə "Azad İran" teleqram kanalı məlumat yayıbb.
Belə ki, Təbriz həbsxanasında saxlanılan tanınmış idmançı və milli fəal Kərim İsmayılzadəyə hücum olub. Milli fəala basqı etmək üçün onu ağır cinayətlər törətmiş məhkumlarla bir kameraya köçürüblər.
Noyabrın 16-da isə zindanda üç məhbus Azərbaycan bayrağını təhqir edib və Kərim İsmayılzadəyə hücum ediblər. Məcburi davaya cəlb olunan milli fəalın hücum edənlərdən ikisinə müqavimət göstərdiyi, üçüncü hücumçunun isə qaçdığı bildirilir. Bundan sonra xüsusi təyinatlı dəstə bölməyə girib, yaralanan Kərim İsmayılzadə zindanın tibb məntəqəsinə aparıldıqdan sonra xüsusi bölməyə köçürülüb.
Qeyd edək ki, milli fəala qarşı irəli sürülən ittihamlardan biri də şəxsi avtomobilindən Azərbaycan bayrağını asmaqdır.
Hadisənin zindan rəhbərliyi və hökumət qüvvələri tərəfindən məqsədli şəkildə cinayətkar şəxslərin əli ilə törədildiyi bildirilir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.