AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Ədliyyə işçilərinin peşə bayramı

  • + A
  • - A
  • 17-11-2022, 18:31

    Ədliyyə işçilərinin peşə bayramı


    Acalov Emil
    Ağsu rayon notariat ofisinin notariusu


    Müstəqil Azərbaycanın qurucusu Ulu Öndər Heydər Əliyevin 11 noyabr 2000-ci il tarixli 566 nömrəli sərəncamı ilə hər il 22 noyabr Azərbaycan Respublikası ədliyyə işçilərinin peşə bayramı günü kimi qeyd edilir. Tarixə nəzər yetirsək Ədliyyə Nazirliyinin yaranmasının 1918-ci il may ayının 28-i yəni Azərbaycan Demokratik Respublikasının elan edildiyi günə təsadüf etdiyini görərik. 1918-ci il noyabr ayının 14-də Azərbaycan Məhkəmə Palatasının Əsasnaməsi, noyabrın 22-də isə Ədliyyə Nazirliyinin Əsasnaməsi təsdiq edilmişdir. Ədliyyə Nazirliyinin yaranması və əsasnaməsinin təsdiq edilməsinə baxmayaraq Azərbaycan Demokratik Respublikasının süquta uğraması nəticəsində yenicə yaradılmış Ədliyyə Nazirliyi ləğv edilmiş və Xalq Ədliyyə komissarlığı yaradılmışdır.Xalq Ədliyyə Komissarlığı öz fəaliyyətini lazımınca təşkil edə bilməmiş və onun səlahiyyətləri bir sıra dövlət orqanları arasında bölüşdürülmüşdür.Ümumiyyətlə hər kəsin bildiyi kimi Ədliyyə Nazirliyinin inkişafı dövrü ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə başlamış və Nazirlik öz fəaliyyətini bərpa etmişdir. Ulu Öndərin siyasi kursunun ən layiqli davamçısı, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin dövlət başçısı seçilməsindən sonra isə Azərbaycan ədliyyəsi daha da müasirləşmişdir.

    Ədliyyə sahəsində həyata keçirilən islahatların davam etdirilməsini, ədliyyə orqanlarının və məhkəmələrin fəaliyyətinin daha da təkmilləşdirilməsini təmin etmək məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 18 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan ədliyyəsinin inkişafına dair 2019-2023-cü illər üçün” Dövlət Proqramı qəbul edilmişdir. Həmin proqramda ədliyyə və məhkəmə fəaliyyətini tənzimləyən qanunvericiliyin təkmilləşdirilməsi, ədliyyə orqanlarının fəaliyyətində insan hüquq və azadlıqlarının, şəffaflıq prinsiplərinin təmin olunması, beynəlxalq təsisatlar və vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlığın genişləndirilməsi, ədliyyə sahəsində vətəndaş məmnunluğunun yüksəldilməsi və bu sahədə İKT-nin tətbiqinin gücləndirilməsi əsas fəaliyyət istiqamətləri olaraq təsbit olunmuşdur.Qanunvericiliyin təkmilləşdirilməsi işində fəal iştirak edən Ədliyyə Nazirliyi tərəfindən bu il ölkəmizin iqtisadi inkişafına, əhalinin rifahının yaxşılaşdırılmasına, vətəndaşlara səmərəli xidmətin göstərilməsi üçün bir sıra lahiyələr hazırlanmışdır. Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq ədliyyə orqanlarının və məhkəmələrin fəaliyyətində müasir texnologiyaların tətbiqinin genişləndirilməsi, o cümlədən elektron ədliyyə xidmətlərinin sayının artırılması, bu xidmətlərdə yeni innovativ metodların və onların mobil versiyalarının hazırlanmasında müəyyən işlər görülür. Son illər istifadəyə verilmiş və vətəndaş məmnunluğu doğuran “Mobil notariat” tətbiqi vasitəsilə müəyyən notariat hərəkətləri məsafədən daha asan,sürətli və rahat həyata keçirilir.Dövlət orqanları arasında ən çox istifadə edilən “Mobil notariat” tətbiqinin istifadəyə verilməsi eyni zamanda ölkə hüdudlarından kənarda olan vətəndaşlarımız üçün daha çox yararlı olmuşdur.
    Ümumiyyətlə son 2 ildə Ədliyyə Nazirliyində peşə bayramının qeyd olunması Ədliyyə işçiləri tərəfində geniş miqyaslı olmaqla,xüsusi maraqla və böyük ruh yüksəkliyi ilə qeyd edilir. Bunun əsas səbəbi İlham Əliyevin qətiyyətli siyasəti nəticəsində 44 günlük vətən müharibəsindən sonra peşə bayramını qalib Xalq olaraq qeyd etməyimizdir.

    Bir daha peşə bayramı münasibətilə bütün ədliyyə işçilərini ürəkdən təbrik edir, onlara fəaliyyətlərində uğurlar arzulayıram.

     


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR