AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Məşhur Məmmədov: "Büdcə məlumatları bölgələr üzrə də açıqlanmalıdır" - Video

  • + A
  • - A
  • 17-11-2022, 19:36

    Məşhur Məmmədov: "Büdcə məlumatları bölgələr üzrə də açıqlanmalıdır" - Video

    Parlamentdə “2023-cü il büdcəsi haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb.

    Azadmedia.az-ın parlament müxbirinin verdiyi məlumata görə Parlament tarixində ilk dəfədir ki, çıxışa yazılmış deputatların hər biri çıxış edib, müvafiq təkliflərini səsləndiriblər.

    Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, millət vəkili Məşhur Məmmədov da büdcə ilə bağlı fikirlərini səsləndirib. Deputat Məşhur Məmmədovun büdcənin müzakirəsi zamanı çıxışını təqdim edirik:

    "Hörmətli xanım Sədr, hörmətli Baş nazir, hökümət üzvləri və hörmətli deputatlar!

    Biz iqtisadi göstəriciləri yüksələn xətt üzrə inkişaf edən dövlətimizin tarixində ən böyük büdcəni müzakirə edirik. Qalib və iqtisadiyyatı güclü olan ölkənin büdcə layihəsinin müzakirəsi bir millət vəkili kimi mənə qürur verir. Fürsətdən istifadə edib bu qüruru bizlərə yaşadan cənab Prezident İlham Əliyevə təşəkkürümü bildirirəm.

    Büdcə layihəsi ilə tanış olduqda görürük ki, 2020-ci illə müqayisədə ayrılan vəsait 1 milyard manat, 2021-ci illə müqayisədə 5.9 miliyard manat çox olmuşdur. 2023-cü ilin dövlət büdcəsinin gəlirləri kimi xərcləri də ölkə tarixinin ən yüksək göstəricisidir. Bu da onu deməyə əsas verir ki, qarşıdakı il təkcə işğaldan azad olmuş ərazilərdə tikinti bumu ilə ilə deyil, infrastruktur, sosial və logistika sahələrində də intibah dövrü ilə tarixə düşəcək.

    Qloballaşan dünyada baş verən proseslər fonunda cənab prezident İlham Əliyevin daim diqqət mərkəzində olan işğaldan azad edilmiş ərazilərin bərpası və “Böyük Qayıdış” planının təmin etdirilməsi 2021-cü ilin dövlət büdcəsinin layihəsində əsas istiqamətlərdən biri olub. Bu istiqamətdə dövlət büdcəsindən vəsait ayrılmasında ilbəil artım müşahidə olunur, bu da gözləniləndir. Çünki qaçqın və məcburi köçkünlərin öz doğma yurd-yuvalarına qayıtması dövlət başçısı üçün prioritetdir.

    Elə bu səbəbdən gələn il işğaldan azad edilmiş ərazilərin bərpası və Böyük Qayıdış planının təmin etdirilməsi üçün ötən illə müqayisədə büdcədən 12,4% çox vəsait ayrılacaq. Sənəddən göründüyü kimi, işğaldan azad edilmiş ərazilərin bərpası və Böyük Qayıdış planının təmin etdirilməsi 2023-cü ilin dövət büdcəsinin layihəsində əsas istiqamətlərdəndir. Bu istiqamətdə dövlət büdcəsindən vəsait ayrılmasında ilbəil artım müşahidə olunur. 2023-cü ildə işğaldan azad edilmiş ərazilərin bərpası üçün 3,0 milyard manat vəsait nəzərdə tutulur. Bu da 2022-ci illə müqayisədə 12,4 % , 2021-ci iilə müqayisədə isə 37,7 % çoxdur. Ayrılan vəsait, görüləcək işlər işğaldan azad edilmiş torpaqlarımızda normal həyata qayıdışı daha da sürətləndirəcək.
    Bundan başqa , ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsi və milli təhlükəsizliyinin təmin edilməsi dövlət büdcəsinin əsas prioritet xərci olaraq qalmaqdadır. Azərbaycanın güclü ordusu var. Hər birimiz zəfər qələbəsi ilə bitən Vətən Müharibəsində Müzəffər Ordumuzun nələrə qadir olduğunun şahidi olmuşuq. Güclü Ordu dövlətin diqqət və qayğısının nəticəsidir. Hər il dövlət tərəfindən dünyanın müxtəlif ölkələrində təlim keçməyə göndərilən hərbçilərimiz düşmənlərimizin qorxulu röyasına çevrilir. Vətən müharibəsində apardığı döyüş taktikası hərb dərsliklərinə salınan Ordumuzun təminatının yaxşılaşdırılması və peşəkarlığının daha da artırılması məqsədilə 2023-cü ilin dövlət büdcəsində 5,3 milyard vəsait nəzərdə tutulub ki, bu da 2022-ci illə müqayisədə 17,1 % çoxdur.

    Ümumi götürsək, 2023-cü ilin dövlət büdcəsi sosial yönümlü olaraq proqnozlaşdırılıb. Sosial siyasət, Şəhid və Qazi ailələri ilə yanaşı aztəminatlı ailələrə, eyni zamanda xüsusi qayğı tələb edən vətəndaşlara dövlət qayğısı, müavinətlər gələn ilin büdcəsində də əsas götürülüb.

    Hazırlanan büdcə zərfinin çox ciddi bir hissəsinin sosial yönümlü olması, bir daha göstərir ki, Azərbaycan dövləti mütəmadi olaraq sosial siyasətin davamlılıq prosesində hansısa geriyə addımlar atmayacaq. Bu addım əhalinin, vətəndaşlarımızın daima dövlətin dəqqət mərkəzində olduğuna bariz bir nümünədir. Sənəddə göstərilib ki, 2023-cü ildə bu məqsədlə 15.2 milyard manat vəsait nəzərdə tutulur ki, bu da 2022-ci illə müqayisədə 1.3 milyard manat və ya 9.3% çoxdur. Bir sözlə, büdcənin 45%-ni sosial sfera əhatə edir.

    Bir nüansa da toxunmaq istəyirəm. Deputatlar büdcədən maliyyəşən investisiya layihələri ilə bağlı veriləcək qərarlar barədə bilmək istəyirlər. Bu layihələrin büdcə zərfinə daxil edilməsi şəffaflıq baxımından çox önəmlidir. Məsələn, Türkiyədə büdcədən ayrılan investisiya layihələri nəinki sektorlar, hətta bölgələr üzrə parlamentə və bütün ictimaiyyətə açıqlanır.

    Büdcə məlumatları bölgələr üzrə də açıqlanmalıdır. Burda millət vəkilləri müxtəlif bölgələri təmsil edir. Bu baxımdan bizim hər birimizin təmsil etdiyimiz əraziyə büdcədən ayrılacaq təhsil, səhiyyə, sosial müdafiə, nəqliyyat və sair xərclər barədə məlumat almaq imkanımız olmalıdır.
    Ümumiyyətlə, tarazlı bölgə inkişafı Azərbaycan hökümətinin əsas prioritetlərindən biridir. Bu baxımdan “Büdcə zərfi”nə bölgələrin maliyyəşdirilməsinə dair ayrıca kitabda təqdimat olsa, bu kitabda bütün funksional xərc maddələrinin bölgələr üzrə bölgüsü ilə yanaşı, hər bir rayonda həyata keçiriləcək investisiya layihələri də əksini tapar. Ümumilikdə 2023-cü ilin dövlət büdcəsi Azərbaycan dövlətinin inkişafına xidmət edir.

    Sonda qeyd etmək istəyirəm ki, mən dövlət büdcəsi haqqında qanun layihəsinə səs verəcəm və həmkarlarımı da səs verməyə çağırıram".


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR