Rusiya parlamentinin yuxarı palatası sayılan Federasiya Şurasının İqtisadi siyasət komitəsinin rəhbəri Andrey Kutepov Ukraynaya qarşı başladılan müharibədən sonra ölkəni tərk edən oliqarxların aktivlərinin dondurulmasını istəyib.
Rusiyalı senator oliqarxlardan əldə edilən gəlirlərin müharibənin maliyyələşdirilməsinə yönəldilməsini təklif edib.
Qeyd edək ki, Ukraynada müharibə başlayandan sonra beş böyük iş adamı Rusiya pasportundan imtina edib. Bunlar “Tinkoff Bank”ın təsisçisi Oleq Tinkov, investor Yuri Milner, “Revolut” şirkətinin həmtəsisçisi Nikolay Storonski, “Troyka Dialoq”un keçmiş sahibi Ruben Vardanyan və “Freedom Finance” investisiya fondunun təsisçisi Timur Turlovdur.
Onlardan əlavə, Rusiyanın Ukraynaya qarşı təcavüzündən sonra “Alfa-Bank”ın ortaq sahibləri Mixail Fridman və Pyotr Aven, habelə “Rosnano” dövlət korporasiyasının keçmiş rəhbəri Anatoli Çubays Rusiyanı tərk ediblər.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.