AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

SOCAR və "Qazprom" Azərbaycana qaz nəqli ilə bağlı müqavilə bağladı

  • + A
  • - A
  • 18-11-2022, 16:55

    SOCAR və "Qazprom" Azərbaycana qaz nəqli ilə bağlı müqavilə bağladı


    Rusiyanın "Qazprom" şirkəti noyabrın 15-də yeni alqı-satqı müqaviləsi çərçivəsində Azərbaycana qaz tədarükünün başlandığını elan edib.

    "Bu barədə şirkət öz "Telegram" kanalında yazıb.

    Məlumata görə, çatdırılmalar 2023-cü ilin mart ayına qədər davam edəcək.

    Müvafiq sənəd Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) ilə imzalanıb. Tədarüklərin ümumi həcminin milyard kubmetr səviyyəsində olacağı gözlənilir.

    Bildirilir ki, Azərbaycanın öz qaz ehtiyatları var və onu ilk növbədə Türkiyəyə, sonra isə tranzit olaraq Avropaya ixrac edir.

    Müqavilədə Azərbaycana satılan qazın qiyməti göstərilmir, lakin onun Avropa qaz birjalarında formalaşan qiymətdən xeyli aşağı olduğu deyilir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR