Şərqşünas alim Qars simpoziumunda məruzə edib.
Bakı şəhəri 19 noyabr 2022-ci il
Azadmedia.az - AMEA-nın akad. Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun Ərəb filologiyası şöbəsinin kiçik elmi işçisi Əzizə İsmayılova noyabrın 18-də Türkiyənin Qars şəhərində keçirilmiş II Beynəlxalq Qars alimləri və ədəbiyyatçıları simpoziumunda iştirak edib. Şərqşünas alim simpoziumda “Curci Zeydanın Azərbaycan türkcəsinə çevrilmiş tarixi romanları” adlı məruzə ilə çıxış edib.
Məruzədə tanınmış ərəb yazıçısı Curci Zeydanın (1861-1914) İslam tarixinə həsr etdiyi tarixi romanlarından bəhs olunub. Bu romanlardan dördü - “Misirli Ərmənusə”, “Qureyş bakirəsi”, “Kərbəla yanğısı”, “On yeddi ramazan” Bakı qazisi Mir Məhəmməd Kərim Mircəfərzadə əl-Bakuvi, “Fərqanə gəlini” romanı isə professor Vilayət Cəfər tərəfindən Azərbaycan dilinə tərcümə olunub. Həmin romanların təhlilini ehtiva edən məruzə maraqla dinlənilib.
Vüqar Məmmədov,
AMEA Şərqşünaslıq İnstitutunun
ictimaiyyətlə əlaqələr üzrə məsul əməkdaşı,
filologiya üzrə fəlsəfə doktoru
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.