Deputat Məşhur Məmmədov Masallı rayonu Qarğalıq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlikdə seçiciləri ilə növbəti səyyar görüş keçirib.
Azadmedia.az xəbər verir ki, Milli Məclisin deputatı Məşhur Məmmədov
keçirilən səyyar görüş çərçivəsində, Masallı rayonu Qarğalıq və Eminli kəndlərində yaşayan sakinlər ilə görüş keçirib, onların təklif və problemlərini dinləyib və vətəndaşların rastlaşdığı gündəlik problemlərin həlli istiqamətində köməkçilərinə müvafiq tapşırıqlar verib.
Belə ki, səsləndirilən müraciətlər arasında bağça və məktəblərin cari təmirə ehtiyacı, uşaq yaradıcılıq məktəblərinin sayının artırılması, iş yerlərinin açılması, yaşıllıq işlərinin aparılması kimi bir sıra işlər ilə bağlı şikayət və təkliflər yer alıb.
Qeyd edək ki, səyyar görüş sonunda deputat sakinlər tərəfindən qaldırılan məsələlərə dair araşdırmanın aparılacağı və qeyd olunan problemlərin həlli istiqamətində mümkün dərəcədə müvafiq addımların atılacağı barədə fikirlərini seçicilərinin diqqətinə çatdırıb.