Masallı rayon İcra Hakimiyyəti Başçısı
Araz Əhmədovun tapşırığına əsasən rayon və kəndlərdə təmir-bərpa işləri aparılır.
Azadmedia.az xəbər verir ki, Masallı rayon İcra Hakimiyyəti Başçısının tapşırığına əsasən həftə içi iş günləri sakinlərin rahatlığını təmin etmək məqsədi ilə rayonun bütün ərazilərində istirahət günləri ümumrayon iməciliyi keçirilir.
Belə ki, iməcilik işləri çərçivəsində ictimai yerlər və mərkəzi yolların kənarları məişət tullantılarından təmizlənir, yabanı şəkildə bitmiş kol-koslar qırılır, sakinlərin hərəkətinə maneə törədən ağac budaqları budanır və küçələrdə yığılan yağış sularının kanallara tökülməsi istiqamətində işlər aparılır.
Bundan əlavə, Bədəlan kəndi ərazisində kənd xeyriyyəçiləri tərəfindən mərkəzi yolun kənarları və ərazi nümayəndəliyinin həyəti qumlanıb.
Həmçinin Lürən kəndi ərazisində qış mövsümünə hazırlıqla bağlı kanallarda suötürücü boruların qoyulması davam etdirilir.
Eyni zamanda, I Yeddioymaq kənd sakinlərinin köməkliyi ilə qəbiristanlığa gedən yol təmir edilib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.