Azadmedia.az-ın cənub bürosuna Masallı Rayon Statistika İdarəsindən verilən məlumatda bildirilir ki, 2022-ci il oktyabr ayının 1-i vəziyyətinə əsasən iqtisadi fəal əhalinin sayı 112317 nəfər olub, onlardan 106695 nəfərini məşğul əhali təşkil edib.
Məşğul əhalinin 60,5 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 11,8 faizi ticarət, nəqliyyat vasitələrinin təmiri, 5,2 faizi təhsil, 5,0 faizi tikinti, 4,0 faizi sənaye, 2,8 faizi nəqliyyat və anbar təsərrüfatı, 0,8 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 0,5 faizi informasiya və rabitə, 0,3 faizi daşınmaz əmlakla əlaqədar əməliyyatlar, 0,3 faizi peşə, elmi və texniki fəaliyyət, 3,3 faizi dövlət, idareəetmə və müdafiə, sosial təminat, 2,8 faizi əhaliyyə səhiyə və sosial xidmətlərin göstərilməsi, 1,3 faizi istirahət, əyləncə, 1,4 faizi isə digər sahələrdə xidmətlərin göstərilməsi sahələrində çalışır.
Rayon üzrə 231100 nəfər əhalidən 5622 nəfər işsiz əhali mövcüddur. Buda ümumi rayon əhalisinin 2,4 faizini təşkil edir. İşsiz əhalinin 1309 nəfəri və ya 23,3 faizi şəhər yerləri üzrə, 4313 nəfəri və ya 76,7 faizi isə kənd yerləri üzrə qeydiyyatdadır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.