AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Deputat Məşhur Məmmədov Masallı rayonu Həsənli kənd sakinlərilə görüş keçirib - FOTOLAR

  • + A
  • - A
  • 19-12-2022, 15:24

    Deputat Məşhur Məmmədov Masallı rayonu Həsənli kənd sakinlərilə görüş keçirib - FOTOLAR



    Milli Məclisin deputatı Məşhur Məmmədovun Masallı rayonunun kəndlərində seçicilərilə görüşü davam edir.

    Azadmedia.az-ın cənub bürosu xəbər verir ki,
    deputat Məşhur Məmmədovun
    Həsənli kənd ərazi nümayəndəliyinin inzibati binasında seçiciləri ilə növbəti səyyar görüş-qəbulu baş tutub.

    Həsənli kənd ərazi nümayəndəliyində keçirilən
    qəbulda görüş zamanı seçicilərin çoxsaylı müraciətləri dinlənilib.

    Qəbula gələn vətəndaşların görüş zamanı səsləndirdikləri problemlər sırasında əsasən kənddə uşaq baxçasının binasının yararlı hala salınması, kəndarası yolların bərpası, kənddə Kapital Bankın bankomat aparatının quraşdırılması və qız övladlarının təhsili üçün maddi yardımın göstərilməsi və digər xırda məişət problemləri olub.

    Deputat tərəfindən səlahiyyətləri çərçivəsində olan problemlər nəzarətə götürülüb və həlli üçün qanunvericilik çərçivəsində müvafiq addımlar atılıb. Həmçinin vətəndaşların problemlərinin həlli üçün aidiyyatı orqanlar qarşısında məsələlərin qaldırılacağı da vurğulanıb.

    Qeyd edək ki, deputat Məşhur Məmmədovun
    görüşləri davam edir.

















    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR