Milli Məclisin deputatı Məşhur Məmmədovun Masallı rayonunda şəhid ailələri ilə görüşü və şəhid məzarlarını ziyarəti davam edir.
Azadmedia.az-ın cənub bürosu xəbər verir ki, deputat Məşhur Məmmədov və köməkçiləri bu dəfə Xırmandalı və Hacıtəpə kənd qəbiristanlıqlarında şəhid məzarlarını ziyarət edib, ailələrilə görüşüb.
Belə ki, deputat M.Məmmədov tərəfindən Hacıtəpə kənd Şəhidi Zeynalov Zeynal Əli oğlunun, Xırmandalı kəndində Şəhid Qənbərov Şaiq Şahalı oğlunun, Şəhid Məmmədov Xıdır Məmmədqulu oğlunun, Şəhid Qasımov Rüstəm Qənimət oğlunun, Şəhid Abasov Fidail Abas oğlunun məzarları ziyarət edilib, məzarları üzərinə gül dəstələri düzülüb və ruhlarına dualar oxunub, əziz xatirələri ehtiramla yad edilib.
Ziyarətdə kənd ağsaqqalları, şəhid qohumları, din xadimləri də iştirak ediblər.
Deputat M.Məmmədov qeyd edib ki, Şəhidlərimizin əziz xatirəsi daim xalqımızın qəlbində yaşayacaq və onların həyatı gənclərimizə örnək olacaqdır. Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin.
Deputat vurğulayıb ki, qədirbilən Azərbaycan xalqı tərəfindən şəhidlərimizin xatirələri hər zaman əziz tutulacaq və əbədi olaraq qəlblərdə yaşayacaqdır.