AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Bir qrup deputat ön cəbhədə səfərdə olub

  • + A
  • - A
  • 19-07-2020, 18:36

    Bir qrup deputat ön cəbhədə səfərdə olub


    Bu gün bir qrup deputat son həftədə nəinki ölkəmizin, bütün dünyanın diqqətinin yönəldiyi Tovuz rayonunda səfərdə olub. Səfərdə iştirak edən deputat Məşhur Məmmədovun Azadmedia.az saytına verdiyi məlumata görə, Elnur Allahverdiyev, Qənirə Paşayeva, Vüqar Bayramov, Vüqar İskəndərov, Nurlan Həsənov, Soltan Məmmədov, Şahin Seyidzadə, Rüfət Quliyev, Etibar Əliyev, Ceyhun Məmmədov, Razi Nurullayev döyüşlərin baş verdiyi kəndlərdə olub, yerli əhali ilə görüşüb, qüdrətli ordumuzun qəhrəman zabit və əsgərlərinin Vətənin keşiyində möhkəm dayandığının şahidi olublar. Məşhur Məmmədov saytımız vasitəsi ilə xalqa bəyan etdi ki, əmin olun, əziz xalqım, Xalq və Ordu işğalda olan torpaqlarımızı son qarışınadək qaytarmağa qadirdir və qaytaracaq! Deputat Məşhur Məmmədovdan onu da öyrəndik ki, deputatlar Ağdam kəndində şəhidimiz Elşad Məmmədov və Cəlilli kəndində şəhid İlqar Zeynallının məzarlarını ziyarət ediblər. Qənirə xanımın təşəbbüsü ilə Ağstafanın Kolxələfli kəndində şəhidimiz Nazim İsmayılovun, Yuxarı Göyçəli kəndində şəhid Vüqar Sadıqovun, Həsənsu kəndində şəhid Elçin Mustafazadənin, Qoçəsgər kəndində şəhid Yaşar Babayevin yas mərasimlərində iştirak edən deputatlar Milli Məclisin sədri və digər deputatlar adından başsağlığı veriblər. Məşhur müəllim son olaraq bildirib ki, bu günlər xalqımız inanılmaz həmrəylik göstərir. Yerli sakinlərin də yüksək ruh yüksəkliyinin şahidi olduq. Əhali ön xəttə müzəffər ordusunun, arxasında isə güclü dövlətinin olduğunu yaxşı bilir. Elə mənfur düşmən də bizim həmrəyliyimizdən, birliyimizdən qorxuya düşüb. Allahdan şəhidlərimizə rəhmət xalqımıza can sağlığı, əzmkarlıq arzulayan deputatlar qələbənin yaxında olduğuna əmindirlər.
    Bir qrup deputat ön cəbhədə səfərdə olub
    Bir qrup deputat ön cəbhədə səfərdə olub
    Bir qrup deputat ön cəbhədə səfərdə olub
    Bir qrup deputat ön cəbhədə səfərdə olub
    Bir qrup deputat ön cəbhədə səfərdə olub
    Bir qrup deputat ön cəbhədə səfərdə olub
    Bir qrup deputat ön cəbhədə səfərdə olub
    Bir qrup deputat ön cəbhədə səfərdə olub


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR