Masallı Təhsil Fondu, Masallı şəhər və kənd məktəblərində məktəblilərin təhsilə olan marağını dəstəkləmək və təşviq etmək, həmçinin onların vətənpərvərlik ruhunda tərbiyəsinə dəstək olmaq məqsədi ilə millət vəkili Məşhur Məmmədovun təşəbbüsü və dəstəyi ilə artıq növbəti dəfə xeyriyyə aksiyasına başladı.
Azadmedia.az-ın cənub bürosunun verdiyi məlumata görə, 19.12.2022-ci il tarixdən başlayaraa, "Masallı Təhsil Fondu" tərəfindən Masallı şəhər 70-saylı seçki dairəsinə daxil olan rayonun ümumtəhsil məktəblərinin 10-11 siniflərində oxuyan məktəblilələrə yardım məqsədi ilə test kitabları hədiyyə olaraq paylanılıb.
Belə ki, aksiya Masallı Təhsil Fondunun direktoru Hüseyn Hüseynovun rəhbərliyi altında deputat Məşhur Məmmədovun köməkçiləri Rəmzi Şahverdiyev və Hekayət Nəzərov tərəfindən Masallı şəhər və kəndlərində olan orta məktəblərdə həyata keçirilir.
Bu minvalla, artıq dünəndən etibarən, Dəfinə liseyində, Masallı şəhər 1saylı və 2saylı tam orta məktəblərində, 1-ci Yeddioymaq, 2-ci Yeddioymaq, Musaküçə, Qasımlı kənd tam orta məktəblərində şagirdlərə test kitabları hədiyyə edilib.
Qeyd edək ki, Masallı Təhsil Fondunda millət vəkili Məşhur Məmmədovun təşəbbüsü ilə başladılan bu aksiya fondun yarandığı gündən davamlı olaraq reallaşdırılır.
Birmənalı olaraq təqdirəlayiq haldır və gözəl təşəbbüsdür, ümid edirik ki, önümüzdəki illərdə Respublikamızın bütün rayonlarında belə bir faydalı addım atılacaqdır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.