Milli Məclisin deputatı Məşhur Məmmədov Masallı rayonu I Yeddioymaq kənd Şəhidlərinin məzarlarını ziyarət edib.
Azadmedia.az xəbər verir ki, Milli Məclisin deputatı Məşhur Məmmədov və köməkçiləri, Şəhid ailələri və kəndin din xadimləri ilə birgə Masallı rayonunun I Yeddioymaq kənd qəbiristanlığında Şəhid Hacıyev Seyran Əliyoldaş oğlunun, Şəhid Baş leytenant Quluzadə Əlimərdan Fəttah oğlunun, Şəhid Əzizov Ramiz İdris oğlunun, Şəhid Həsənov Hakim Cəmiyağa oğlunun məzarlarını ziyarət edib, məzarları üstünə gül dəstələri düzüb, ruhlarına dualar oxuyub, əziz xatirələrini ehtiramla yad ediblər.
Deputat M.Məmmədov vurğulayıb ki, şəhidlərimizin əziz xatirəsi əbədi olaraq xalqımızın qəlbində yaşayacaq və onların həyatı gənclərimizə örnək olacaqdır.
Deputat şəhidlərin valideynləri ilə həmsöhbət olub, onlara vətən üçün canından keçən belə qəhrəman övladlar böyütdükləri üçün təşəkkür edib. Şəhidlərimizə Allahdan rəhmət diləyib.
Görüşlərdə qeyd edilib ki, istər şəhid ailələri, istərsə də qazilər heç vaxt dövlətimizin diqqətindən kənarda qalmayacaq.