AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Deputat Məşhur Məmmədov Masallı rayonu Eminli kəndinin I Qarabağ müharibəsi şəhidlərinin məzarlarını ziyarət edib - FOTOLAR

  • + A
  • - A
  • 27-11-2022, 22:25

    Deputat Məşhur Məmmədov Masallı rayonu Eminli kəndinin I Qarabağ müharibəsi şəhidlərinin məzarlarını ziyarət edib - FOTOLAR


    Milli Məclisin deputatı Məşhur Məmmədov və köməkçiləri Masallı rayonu Eminli kəndinin I Qarabağ müharibəsi şəhidlərinin məzarlarını ziyarət edib, ailələri ilə görüşüblər.

    Azadmedia.az xəbər verir ki, ziyarətdə deputat Məşhur Məmmədov və köməkçiləri; Əli Nağıyev, Hekayət Nəzərov və Rəmzi Şahverdiyev, kənd ağsaqqalları, şəhidlərin ailələri və qohumları, kənd məscidinin din xadimləri iştirak ediblər.


    Belə ki, deputat Məşhur Məmmədov və köməkçiləri Seçicilərlə səyyar-görüşlərdən öncə Qarğalıq kənd inzibati ərazi dairəsinə daxil olan Eminli kənd qəbiristanlığında 1-ci Qarabağ Müharibəsi şəhidləri - Şəhid Ağayev Rəşad Yusif oğlunun, Şəhid Abbasov Mehti Bayram oğlunun və Şəhid Sadıqov Mirhəbib Tapdıq oğlunun məzarlarını ziyarət edib, məzarları üstünə gül dəstələri düzüb, ruhlarına dualar oxuyub, şəhidlərin əziz xatirələrini ehtiramla yad ediblər.

    Deputat M. Məmmədov Şəhid övladları ilə qürur duyan valideynlərə belə vətənpərvər oğullar böyütdükləri üçün dünyanın bütün xoş sözlərinə layiq olduqlarını bildirib, deputat Şəhid valideynlərinin xatirələrini dinləyib, qayğıları ilə maraqlanıb.

    Həmçinin qeyd edib ki, nə qədər ki mərd, vətənpərvər valideynlərimiz var, onlar Vətən üçün cəsur, düşmənin qorxulu röyasına çevrilən övladlar yetişdirəcək və qəhrəman oğullarımızın sayəsində torpaqlarımıza dikilən bütün gözlər ovulacaq, məhv ediləcək. Vətən sağ olsun!

    Allah bütün şəhidlərimizə rəhmət eləsin!


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR