AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Bakıda uşaq sığınacağında İNSİDENT: Polis maşınının şüşələrini kim qırdı? - AÇIQLAMA + VİDEO

  • + A
  • - A
  • 4-01-2023, 21:15

    Bakıda uşaq sığınacağında İNSİDENT: Polis maşınının şüşələrini kim qırdı? - AÇIQLAMA + VİDEO


    Ötən gün Bakının Binəqədi rayonu ərazisində yerləşən Azərbaycan Uşaqlar Birliyinin sığınacağında insident olub.

    Xezerxeber.az-ın məlumatına görə, insident nəvələrini sığnacaqdan götürmək istəyən qadınla Birliyin sədri arasında yaşanıb.

    Birliyin sədri Kəmalə Ağazadə bildirib ki, Fizzə Kazımova adlı qadın nəvələri olan iki azyaşlı qız uşağını sığnacağa yerləşdirib. Bildirib ki, onların həyatı təhlükədədir.

    Kəmalə Ağazadə deyir ki, uşaqları sığnacağa qəbul etdikdən sonra aidiyyəti qurumlara dərhal məlumat verib. Ananın şəraitinə baxış keçirilib və uşaqların bir müddət sığınacaqda qalması məqsədəuyğun hesab edilib. Amma ötən gün uşaqların nənəsi və anası sığnacağa gələrək onları aparmaq istəyiblər.

    Məsələ ilə bağlı bu işdə adı çəkilən Fizzə Kazımova şifahi olaraq bildirib ki, nəvələrini, orada yaxşı qidalanmadıqları və təhsil almadıqları üçün sığnacaqdan götürmək istəyib. “Polisə müqavimət göstərilməsi və avtomobilin şüşəsinin sındırdılması” ilə bağlı səslənən iddialara da münasibət bildirən Fizzə Kazımova bunun onlar tərəfindən edilmədiyini bildirib.

    Məsələyə Daxili İşlər Nazirliyi də münasibət bildirib.

    Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə onu da qeyd edib ki, müvafiq dövlət qurumlarının iştrakı ilə azyaşlılar anasına və ya nənəsinə qaytara bilərlər.

    Daha ətraflı süjetdə:


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR