Gürcüstan ilə Türkiyənin enerji sistemlərini birləşdirəcək yeni “Tsxaltubo-Axaltsixe-Tortum” elektrik ötürücü xətti tikiləcək.
Gürcüstan hökuməti elektrik xətlərinin tikintisinin birinci mərhələsinin icrasına cari ildə başlamağı planlaşdırır.
Azadmedia.az xəbər verir ki, layihə Buxarestdə imzalanan “Yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş” çərçivəsində reallaşacaq.
Elektrik ötürücü xətlərinin tikintisi layihəsi Almaniyanın “KfW” bankının maliyyə dəstəyi ilə həyata keçiriləcək və onun dəyəri, təxminən 62 milyon avro təşkil edəcək.
Layihəyə əsasən, 2023-cü ildə birinci mərhələdə uzunluğu 103 kilometr olan 500 kV-luq “Tsxaltubo-Axaltsixe” elektrik ötürücü xətlərinin tikilməsi planlaşdırılır.
İkinci mərhələdə isə 34 kilometr uzunluğunda 400 kV-luq “Axaltsixe-Tortum” layihəsinin həyata keçirilməsi nəzərdə tutulur.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.