Lvovda Ukrayna Prezidenti Volodimir Zelenski, Polşa Prezidenti Anjey Duda və Litva Prezidenti Qitanas Nauseda arasında görüş baş tutub.
Azadmedia.az Ukrayna mediasına istinadən xəbər verir ki, dövlət başçıları birgə bəyannamə imzalayıblar.
Belə ki, Lyublin üçbucağı adlanan bəyannamə Ukrayna, Polşa və Litva arasında siyasi, iqtisadi və sosial əməkdaşlıq üçün üçtərəfli regional ittifaqa əsaslanır.
Üçbucaq Ukraynanın Avropa İttifaqı və NATO-ya inteqrasiyasını dəstəkləyir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.