Üzeyir Hacıbəyovun heykəlinə ayaqqabı atılması ilə bağlı sosial şəbəkədə paylaşılan görüntülər araşdırılıb.
Azadmedia.az xəbər verir ki, keçirilən tədbirlərlə qeyd olunan əməli törədən 2002-ci təvəllüdlü Elvin İsmayılov və 2006-cı il təvəllüdlü Fərid Cəfərov saxlanılıb.
E.İsmayılov alkoqol sərxoşluğu vəziyyətində Bakı Musiqi Akademiyasının qarşısından keçərkən tanışı F.Cəfərovla zarafat etmək məqsədi ilə ona məxsus torbada olan ayaqqabını heykələ atdığını bildirib.
Faktla bağlı hər iki şəxsin barəsində İXM-in müvafiq maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilib, F.Cəfərov cərimə olunub, E.İsmayılov isə Nəsimi Rayon Məhkəməsinin qərarı ilə 15 gün müddətinə inzibati qaydada həbs edilib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.