AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Rusiyada azərbaycanlı məhkum həbsxanada öldü

  • + A
  • - A
  • 14-01-2023, 14:15

    Rusiyada azərbaycanlı məhkum həbsxanada öldü


    Rusiya həbsxanasında azərbaycanlı məhkum Çingiz Nurəddin oğlu Əsgərov vəfat edib.

    Bu barədə sosial şəbəkədə onun tanışları məlumat yayıblar. Tomsk həbsxanasında cəza çəkən 58 yaşlı Ç. Əsgərovun xəstəlikdən öldüyü deyilir.

    Salyanda anadan olan Çingiz Əsgərov uzun müddət Rusiyanın Stavropol diyarında ailəsi ilə birgə yaşayıb. 2008-ci ildə Rusiya məhkəməsinin hökmü ilə 18 il azadlıqdan məhrum edilib. Həbs müddətinin 15 ilini geridə qoyduğundan yaxın günlərdə azadlığa çıxacağı gözlənilirdi.

    Qeyd edək ki, məhumun nəşinin yanvarın 16-da Azərbaycana gətiriləcəyi və Salyanda dəfn ediləcəyi gözlənilir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR