AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Dneprə hücum nəticəsində ölənlərin sayı artdı - Yenilənib

  • + A
  • - A
  • 15-01-2023, 12:20

    Dneprə hücum nəticəsində ölənlərin sayı artdı - Yenilənib


    Dünən axşam saatlarında Rusiya ordusu Ukraynanın Dnepr bölgəsinə raket hücumu həyata keçirib.

    AzadMedia.az xarici KİV-ə istinadən xəbər verir ki, bu haqda Ukrayna Fövqəladə Hallar Nazirliyi açıqlama yayıb.

    Açıqlamada hücumda 9 mərtəbəli bir mənzildə ağır dağıntıların olduğu, biri uşaq olmaqla 12 nəfərin öldüyü bildirilib.

    Raket hücumu nəticəsində 73 nəfərin yaralandığı, dağıntılar altındakı ərazidə axtarış-xilasetmə işlərinin davam etdiyi qeyd edilib. Yaralanan mülki vətəndaşlardan 14-nün uşaq olduğu paylaşılıb.

    Ukrayna Prezidenti Volodimir Zelenski hücumu terror kimi qiymətləndirib.

    ***

    Ukraynanın Dnepr şəhərinə edilən raket hücumunda ölənlərin sayı artıb.

    Ukrayna Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, dağılmış hündürmərtəbəli binadan 38 nəfər, o cümlədən 6 uşaq xilas edilib. Dağıntılar altında biri uşaq olmaqla 18 nəfər ölüb, 14-ü uşaq olmaqla 73 nəfər yaralanıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR