Azadmedia.az - GİKM - nin Masallı nümayəndəliyində “Sosial mediada kontent” mövzusunda görüş keçirilib.
Gənclərin İnkişaf və Karyera Mərkəzinin (GİKM) Masallı nümayəndəliyinin təşkil etdiyi görüşdə Nümayəndəliyin ictimaiyyətlə əlaqələr və sosial media işinin təşkili üzrə təcrübəçisi Rüfət Rəhmətov tərəfindən gənclərə “Sosial mediada kontent hazırlanması”, “İzləyicilərin maraqlarının öyrənilməsi”, “Diqqət cəlb edəcək kontent necə olmalıdır?”, “Rəqabət necə olmalıdır və dəyərləndirmə necə aparılmalıdır?”, “Kontent strategiyasının hazırlanması”, “Planın hazırlanması”, “Paylaşımların reklam edilməsi”, “Nəticələrin analiz edilməsi” kimi mövzular haqqında məlumatlar verilib.
Qeyd edək ki, həyata keçirilən fəaliyyət gənclərin şəxsi inkişafına yönəlib və "Gəncdən gəncə" silsilə fəaliyyətləri çərçivəsində həyata keçirilib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.