AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Milli Məclisin deputatı Məşhur Məmmədov Türkiyəyə səfəri zamanı mötəbər mükafatlandırma tədbirində iştirak edib

  • + A
  • - A
  • 23-01-2023, 08:19

    Milli Məclisin deputatı Məşhur Məmmədov Türkiyəyə səfəri zamanı mötəbər mükafatlandırma tədbirində iştirak edib

    Türkiyədə ASİAD-ın təşkilatçılığı ilə baş tutan möhtəşəm mükafat gecəsində İş dünyası, siyasət, sənət, mediya və idman sahəsində mükafatlar sahibini tapmışdır.

    Anadolu Birləşdirici və Sənayeçi İş Adamları Dərnəyi milli və beynəlxalq uğurlar qazanan adları möhtəşəm bir mükafat gecəsi ilə mükafatlandırılıb.

    ASİAD-ın Bostançı Dədəman oteldəki tədbirində Türkiyədən , eləcə də xarici ölkələrdən bir-birindən hörmtəli və sayılıb - seçilən qonaqlar təşrif buyurmuşdur.

    TGRT Xəbər aparıcısı Mehmet Aydın ve Ölke Tv aparıcısı Gözde Özyürekin təqdimatında baş tutan gecədə Azərbaycandan da qonaqlar və mükafat laureatları iştirak etmişdir.

    ASİAD qurucu CEO-su Yücel Yalçınkaya öz çıxışında Azərbaycada və eləcə də digər Türk dövlətlərindəki fəaliyyətlərindən və planlarından danışıb.

    Qonaqların arasında Azərbaycan Respublikası Milli Məclisinin deputatı Məşhur Məmmədov da iştirak etmişdir. Fəxri qonaq olaraq, gecədə iştirak edən Məşhur Məmmədov bir neçə mükafatçının mükafatını da , şəxsən təqdim etmişdir.

    Milli Məclisin deputatı Məşhur Məmmədov daha sonra , Azərbaycanlı gənclər və tələbələrlə də görüşmüş , onların problem və qayğıları , həyat şəraitləri ilə maraqlanmışdır.

    P.S. Əli Nağiyev


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR