Neftçala İcra Hakimiyyətinin başçısı İsmayıl Vəliyev Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən keçirilən əməliyyat nəticəsində saxlanılanılıb həbs edildikdən sonra cənab Prezident İlham Əliyev tərəfindən rayona yeni icra başçısı, Mirhəsən Seyidovu təyin etdi.
Mirhəsən Seyidov yeni seçiləndə Neftçala sakinlərinin gözləntiləri tamam fərqli idi. Hərkəs İsmayıl Vəliyevin çəkdirdiyi əziyyətlərdən qurtulduğunu və yeni icra başçısını həm prezidentimizin həm də onların etimadını doğruldacağına inanırıdı. Amma çox təəssüf ki, belə olmadı.
ölkə başçısı İlham Əliyev 3 il öncə İsmayıllı və Neftçala rayonlarının icra başçılarını qəbul edərkən onlara bir sıra tövsiyyələr etmişdi. Konkret olaraq ən gənc başçı olaraq təyinat alan Mirhəsən Seyidova xüsusi tövsiyyələr etmişdi. İndi Neftçala sakinlərinin ümumi fikrini belə ifadə etmək olar: “Cənab Ali Baş Komandan Mirhəsən Seyidov bir əsgəriniz, xalqın bir xidmətçisi olaraq, Sizin etimadınızı doğrultmadı”.
M.Seyidovun bir rayona rəhbərlik edə bilməməsi tək sadə insanları deyil Neftçalanın tanınmış simalarını, rayonda böyük nüfuz sahibi olan şəxslərdə də ciddi narazılıq yaradıb. Milli azadlıq hərəkatının Neftçalada liderlərindən biri, 1992-93-cü illərdə Neftçala rayon İcra başçısı olmuş Fərman Hüseynovun fikirləri bu baxımdan maraq doğurur. 90-cı ilin yanvarın 25-də sovet ordusunun Neftçalada törətdiyi qətliam zamanı işğalçılara qarşı mübarizədə meydanda olan və yaralanan F. Hüseynov facebook sosial şəbəkəsində icra başçısının məhz həmin hadisələrlə bağlı laqeydliyi haqda yazısını Anaxeber.info olaraq təqdim edirik: “Bu gün Neftçala İcra hakimiyyətini idarə edən kəslər anlamırlar ki, Neftçala qətliamına bənzər hadisə bir Bakıda, bir də Neftçalada və Lənkəranda baş verib. Bu tarix ayrıca qeyd edilməlidir. Bu gün İcra başçısı özünə borc bilməlidir, məhz bu gün də abidə önünə gəlib ziyarət etsin. Çünki bu qanı tökulən qəhrəmanlar o tarixi yazanda başçı Mirhəsən Seyidovun 1 yaşı vardı, onun kimi kef məclislərində həyat sürməmişdilər. Cənab başçı hətta özünə rəva bilmədi ki, həmən günü yanvar qazilərini otağına dəvət edib onlara Allahın salamını versin. Cənab başçı hələ də anlamır ki, o bu qəhrəman qazilərin, şəhid ailələrinin əlinə su tökməyə layiq deyil.
Bu ötən 33 ildə bütün icra başçıları biz qaziləri, şəhid ailələrini ehtiramla qəbul ediblər, otaqlarında çay stolunda yarım saat belə olsa o günləri xatırlayıblar. Yalnız Mirhəsən Seyidov başçı gələndən sonra 20 yanvarçılara , bu təşkilat rəhbərinə qarşı gizli müharibə aparıb. Cənab Mirhəsən Seyidov biz qazilərin rayonda keçirilən vətənpərvərlik tədbirlərində iştirakımıza qadağa qoya bilər, ancaq o anlamır ki, biz qəhrəmanlıq tarixini yazanların övladları da 44 günlük müharibədə savaşıb bizləri Zəfərə qovuşduranlardır. Bu sayğısız, qanacaqslz davranlşlara son qoymağı məsləhət görərdim. Bir gün polis rəisi ilə intriqa aparan, özünün 1-ci müavininə düşmənçilik edən, YAP Neftçala rayon təşkilatının sədrinə maşın nömrəsi üstündə müharibə elan edən, savadı, təşkilatçılığı ilə çoxuna örnək olan Heydər Əliyev Mərkəzinin direktoru, neçə beynəlxalq tədbirlər təşkil edib Neftçalaya nüfuz gətirən Könül Məmmədovaya qarşı haqsız sayğısızlıq etməklə , rayon idarəçiliyini özündən əvvəlki həbs olunan icra başçısının fəaliyyətinə qaytarmaqla hegemonluq edə bilər. Ancaq bizi kimsələrə bənzətməsin. Cənab Prezidentin onu Neftçalaya başçl göndərəndə 10 milyonluq xalqın qarşısında ekrandan söylədiyi “böyük-kiçik yerini bil” tövsiyyəsini unutmasın. Bizdən xatırlatmaqdır”.
Yeri gəlmişkən, rayondan Anaxeber.info-ya daxil olan məlumata görə, rayon icra hakimiyyətinin bir neçə strukturu əsl korrupsiya bataqlığınddadır. Məsələn, Neftçala rayon İcra Hakimiyyəti Başçısı Aparatının digər bir dövlət qulluqçusu, memarlıq və tikinti şöbəsinin aparıcı məsləhətçisi (mühəndis) olan Elton Əsgərov da elə öz kolleqalarından geri qalmır.Belə ki, Elton Əsgərov sahibkarlara hədə-qorxu gələrək guya ki onların tikdiyi tikililərin qanunsuz olduğunu bildirərək sökdürəcəyini iddia edir. Çarəsiz durumda qalan sahibkarlar min-bir əziyyətlə tikdirdiyi obyektlərinin sökülməyini gözə ala bilmir. Məcbur qalıb Elton Əsgərova rüşvət verir. Bu rüşvətləri bəh-bəhlə götürən Elton Əsgərov, Dövlət Təhlükəsizlik Xidməti tərəfindən həbs olunan əvvəlki memarlıq və tikinti şöbəsinin müdiri Vüqar Nağıyevin aqibətini niyə yaddan çıxarıb ?
Mənzil Kommunal Təsərrüfatı İdarəsinin fəaliyyət dairəsi kifayət qədər genişdir. Bura yol çəkilişi, məktəb və uşaq bağçaları, eləcə də, digər sosial obyektlərin tikintisi və təmiri daxildir. Ümumiyyətlə, mənzil kommunal təsərrüfatı sahəsinə Prezidentimiz cənab İlham Əliyev tərəfindən büdcədən kifayət qədər böyük həcmdə vəsait ayrılır.
Neftçala Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin rəisi olan Mehdi Miriyev nazir deyil, komitə sədri deyil, hətta icra başçısı da deyil, departament rəisidir. Məlum məsələdir ki, ona aid olan bu qədər sərvət nə hesabına əldə olunub. Mehdi Miriyev Neftçala Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyin “qohumluq imperiyası” qurub. Belə ki artıq təqaüd yaşına çatmış şəxsləri çıxarıb onları yeni işçilərlə əvəz etmək əvəzinə, heç bir kadr dəyişikliyi etmir. Belə ki adı siyahıda olan şəxslər var ki hansı ki onlar işləmir və həmin şəxslərin kartlarını cibində saxlayır aylıq onların maaşıını özü mənimsəyir. 150 nəfərlik işçi heyətinin siyahıda adının olmasına baxmayaraq, üst-üstə toplasan qurumda heç 70 nəfər yoxdur.