AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

İrandakı Səfirliyimizə silahlı hücumla bağlı növbəti açıqlama, Dünya Alpaqut Federasiyasının vitse prezidenti Emil Rəhimovdan gəldi

  • + A
  • - A
  • 31-01-2023, 03:05

    İrandakı Səfirliyimizə silahlı hücumla bağlı növbəti açıqlama, Dünya Alpaqut Federasiyasının vitse prezidenti Emil Rəhimovdan gəldi


    Dünya Alpaqut Federasiyasının vitse prezidenti
    Emil Rəhimov




    “Naməlum şəxs Azərbaycanın Tehrandakı səfirliyinə daxil olaraq atəş açır. Hücumda mühafizə rəisi həyatını itirir, 2 təhlükəsizlik işçisi yaralanır.”

    İranın mövzu ilə bağlı açıqlamasında hücumun səbəbinin ailə ilə bağlı olduğu iddia edilsə də, təbii olaraq ölkəmiz bunu terror aktı kimi qiymətləndirib.

    Azərbaycan Xarici İşlər Nazirliyi Tehranda səfirliyə silahlı hücumla bağlı İranın diplomatik missiyanın təhlükəsizliyinin təmin edilməsi üçün lazımi tədbirlər görmədiyini və Azərbaycanın bu istiqamətdə əvvəlki çağırışlarına lazımi həssaslıq göstərmədiyini bildirib.

    Qeyd edək ki, hücum edən şəxs İran dövlət televiziyasına çıxarılıb, reportaj alınıb. Bu hansı məntiqdir?!


    Məsələyə digər yanaşma, Dünya Alpaqut Federasiyasının vitse prezidenti Emil Rəhimovdan gəldi.

    Emil Rəhimov Azadmedia.az-a olan açıqlamasında, “Mən də daxil olmaqla, ofisdə və ya evdə oturub İrana hədə qorxu mesajları yazmaq lazım deyil, gərəkli aidiyyatı qurumlardan icazə alıb, İranın Azərbaycandakı səfirliyinin önündə aksiya keçirmək və mövqeyimizi bildirmək lazımdır,” - deyə vurğulayıb.

    E. Rəhimov, “Tehran səfirliyinə silahlı hücumu ən kəskin şəkildə pislədiyini bildirərək, həmçinin qeyd edib ki, hər bir dövlət Diplomatik Münasibətlər haqqında Vyana Konvensiyasından irəli gələn öhdəliklərə uyğun olaraq ölkədəki diplomatik nümayəndəlikləri qorumalıdır.”

    Ülkər Piriyeva


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR