Azərbaycan Gəncləri Günü ilə əlaqədar 1-2 fevral tarixlərində Masallı rayon Heydər Əliyev Mərkəzində gənclər üçün “açıq qapı” günləri təşkil edilib.
Bununla əlaqədar yaşı 14-dən 29-dək olan şəxslərin Mərkəzə sərbəst girişi təmin edilib.
Burada onlara Mərkəzin əməkdaşları tərəfindən Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin şərəfli ömür yolu, ölkəmizin tərəqqisi uğrunda göstərdiyi çoxsaylı xidmətlərini özündə əks etdirən eksponat, fotoşəkillər, kitablar haqqında ətraflı məlumat verilib və Mərkəzin fəaliyyət istiqamətləri diqqətə çatdırılıb.
Ü. Piriyeva
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.