Avropa Seysmoloji Mərkəzinin məlumatlarına görə, mərkəzi Qaziantepdə zəlzələ meydana gəldi.
Azadmedia.az xəbər verir ki, Zəlzələ Kahramanmaraş, Qaziantep, Nevşehir, Kayseri, Ankara, Adana və Hatay kimi bir çox böyük şəhərdə hiss olunub. Zəlzələ saat 04:17-də 7 kilometr dərinlikdə, maqnitudası 7,4 olub. Birinci zəlzələdən sonra saat 04:26-da Qaziantep mərkəzli ikinci zəlzələ 6,4 bal gücündə qeydə alınıb.
Türkiyə 4-cü səviyyə həyəcanı elan edib və qonşu ölkələrdən gələn yardımların qəbul ediləcəyini bəyan edib.
Ü. Piriyeva