AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Türkiyə Cumhuriyyəti, Nevşehir Bələdiyyə Başqanı Rasim Arıdan Azərbaycan Xalqına Möhtəşəm Mənəvi Dəstək - FOTO, VİDEO

  • + A
  • - A
  • 26-10-2020, 23:52



    Bu yaxınlarda, Türkiyə Cumhuriyyətinin ən gözəl şəhərlərindən biri olan Nevşehirin Bələdiyyə Başqanı Rasim Arıdan Azərbaycan xalqına mənəvi dəstək mesajı gəlib.

    AzadMedia.az xəbər portalının redaktoru Ülkər Piriyevaya müsahibə verən Nevşehir Bələdiyyə Başqanı Rasim ARI, eyni zamanda, Azərbaycan xalqına özünün mənəvi dəstək videosunu ünvanlayıb.

    Türkiyə Cumhuriyyəti prezidenti başda Rəcəb Tayyip Ərdoğan olmaqla, qardaş Türkiyə bütün dünyaya Qarabağ məsələsi ilə bağlı çox açıq və dəqiq mövqe nümayiş etdirərək, Türkiyənin hər zaman Azərbaycan dövlətinin yanında olduğunu, haqqa və ədalətə dayalı davasında yalnız olmadığını dəfələrlə nümayiş etdirdi. Türkiyənin əlaqədar dövlət qurumları başda olamaqla, bələdiyyə başqanları, millət vəkilləri, qeyri hökumət təşkilatları təmsilçiləri bu məsələ ilə bağlı Azərbaycana mənəvi dəstək mesajları ünvanlamaqla bərabər, dünya ictimaiyyətini işğalçı Ermənistanın beynəlxalq hüquqa zidd təxribat və terror aktlarını qınamağa çağırdı. Qarabağa gedən qələbə addımlarımızda Türkiyə dövləti də mənəvi olaraq, bizimlə bərabər irəlilədi və irəliləməyə davam edir. Qarabağın namına onlarca küçələrə, körpülərə Qarabağ adı verildi, qardaş Türkiyədə.

    Bu gözəl və təqdirəlayiq addımlardan biri də, Türkiyənin Nevşehir bölgəsindən gəldi. “Nevşehir Bələdiyyəsi” qovşaqlarından birinə “Qarabağ” adını verdi və eyni zamanda, bələdiyyə başqanı hörmətli Rasim Arı bütün Nevşehirlilərə Qarabağa- Azərbaycan xalqına dəstək məqsədilə, Azərbaycanın Üç rəngli bayrağını hədiyyə etdi.

    Biz də, AzadMedia.az xəbər portalı rəhbərliyi və bütün əməkdaşlarımız adına Nevşehir bələdiyyə başqanı hörmətli Rasim Arı başda olmaqla, bütün Nevşehirli qardaşlarımıza təşəkkürlərimizi bildirir, bütünlükdə bu müsbət addımların bizlər üçün olduqca dəyərli olduğunu bildirərək, Allahdan Türkiyə-Azərbaycan qardaşlığının, birliyinin əbədi və sarsılmaz olmasını xalqımız adına diləyirik.


    Hörmətlə -AzadMedia.az Xəbər Agentliyi

    Türkiyə Cumhuriyyəti, Nevşehir Bələdiyyə Başqanı Rasim Arıdan Azərbaycan Xalqına Möhtəşəm Mənəvi Dəstək - FOTO, VİDEO


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR