AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Deputat Jalə Əliyeva - "İrandakı səfirliyimizə olan hücum, əslində elə Azərbaycana qarşı bir terror aktı kimi qəbul edilməlidir və bütün cavabdehlər ifşa olunmalıdır" - ÖZƏL AÇIQLAMA

  • + A
  • - A
  • 6-02-2023, 16:21

    Deputat Jalə Əliyeva - "İrandakı səfirliyimizə olan hücum, əslində elə Azərbaycana qarşı bir terror aktı kimi qəbul edilməlidir və bütün cavabdehlər ifşa olunmalıdır" - ÖZƏL AÇIQLAMA

    Milli Məclisin deputatı
    Jalə Əliyeva


    Ötən günlərdə, Azərbaycanın Tehrandakı səfirliyinə hücum nəticəsində mühafizə rəisi həlak oldu, iki təhlükəsizlik əməkdaşı yaralandı. Bir çox ölkə bu silahlı hücumu pislədi. Azadmedia.az Azərbaycanda və Beynəlxalq aləmdə Tehranda baş verən hadisələrə olan reaksiyaları izlədi.
    Prezident İlham Əliyev Azərbaycanın Tehrandakı səfirliyinə qarşı törədilmiş "terror aktını şiddətlə qınadığını" bildirdi.
    Eyni zamanda Parlamentarilərimizin də istər mediaya istərsə də sosial media hesabları üzərindən şərhləri və açıqlamaları oldu.

    "İrandakı səfirliyimizə olan hücum, əslində elə Azərbaycana, ölkəmizin özünə bir terror aktı kimi, bir çirkin niyyət kimi qəbul edilməlidir, ona görə də bu hadisə beynəlxalq hüququn bütün normalarını pozur. Beynəlxalq konvesiyaların bütün normalarını pozur. Əlbəttə ki, bu aqressiya, bu hadisə mütləq öz qiymətini almalıdır. Bütün cavabdehlər də ifşa olunmalıdır."
    Bu sözləri Azadmedia.az-a özəl olaraq açıqlamasında Milli Məclisin deputatı Jalə Əliyeva qeyd edib.



    Deputat Jalə Əliyeva – “Əlbəttəki İrandakı səfirliyimizdə terror hadisəsinə görə hər birimiz hiddətimizi, qəzəbimizi gizlətmədən bəyan etdik, artıq həm dövlət rəhbərliyi səviyyəsində - ölkə rəhbəri cənab İlham Əliyev, I Vitse-prezident xanım Mehriban Əliyeva səviyyəsində, Azərbaycan Parlamentinin rəhbəri Sahibə xanım Qafarova, ayrı-ayrı deputatlar öz açıqlamalarında birmənalı olaraq bu hadisəni pisləyib və sadəcə bununla kifayətlənməyərək eyni zamanda, cinayətkarın və bu cinayətə sövq edənlərin, bu cinayəti hazırlayanların öz cəzasını çəkməli olduğunu tələb kimi irəli sürüblər.” – Deyə açıqlamasında bildirib.

    Deputat J. Əliyeva – “Milli Məclisin bu hadisə ilə bağlı mövqeyinin açıqlandığı bəyanat da yayıldı. Eyni zamanda, bütün dünyadan gələn mesajlar - dünya ölkələrinin prezidentlərindən, parlament rəhbərlərindən ölkəmizə daxil olan mesajlar, bu hadisəni pisləyən bəyanatlar əlbəttə ki, Azərbaycanın haqlı mövqeyini bir daha ortaya qoyduğunu” vurğulayıb..

    “Bəli, Azərbaycan bugün güclü bir dövlətdir, bölgənin durmadan inkişaf edən və artıq qarşısında Qarabağ problemi olmayan, bu problemini həll edən, müharibədə birmənalı zəfər çalan, müharibədən sonra da inkişaf edərək həqiqətən də bölgənin ulduzuna çevrilməkdə olan bir ölkədir. Bugün Azərbaycanın önü açıqdır. Bugün Azərbaycan 30 illik mübarizəsinin qalibi kimi sadəcə keçmiş zəfərləri ilə öyünmür, gələcəyə baxır və əlbəttə ki, tarixi Azərbaycan torpaqlarının bərpa edilməsi uğrunda Azərbaycan bugün çox böyük, çox müqəddəs bir yola çıxıb. Şimallı, cənublu, şərqli, qərbli bütöv Azərbaycan. Necə ki, biz artıq Qarabağlı bir Azərbaycanıq, həm də qərbi Azərbaycanda tarixi ədalətin bərpa edilməsi yolunda artıq bir fəaliyyətə başlamışıq. Artıq Konsepsiyamızı hazırlamışıq və əlbəttə ki, bu insanların da hər birinin öz vətəninə qovuşmaq, vətəni ilə bir olmaq haqqı və hüququ vardır.” – Deyə deputat sözlərinə əlavə edib.

    Deputat Əliyeva – “Əlbəttəki, bu sırada güneyimiz də var, öz ölkəsini Azərbaycanı vətəni bilən prezident İlham Əliyevi öz prezidenti bilən, 50 milyonluq azərbaycanlı var. Əlbəttə ki, bu insanların da hər birinin öz vətəninə qovuşmaq, vətəni ilə bir olmaq haqqı var, hüququ var. Bölgənin durmadan güclənən və böyük söz sahibinə, nüfuz sahibinə çevrilən bir ölkəsi qısqanclıq doğurmaya bilməz. Bu nailiyyətlərdən qorxuya düşən və bugünə qədər pərdəarxası Azərbaycanın düşmənləri ilə Azərbaycanın torpaqlarını işğal edən, Azərbaycanın insanlarını qaçqın, köçkün vəziyyətinə salan düşmənlə əl birliyi edən, əməkdaşlıq edən ölkə olan İran artıq bu qərəzini, aqressiyasını, niyyətini gizlətmir, açıq şəkildə ortaya qoyur. Bəli düşünürük ki, Tehranda səfirliyimizə qarşı törədilən terror həmin siyasətin bir parçasıdır. Biz bunu birmənalı olaraq bu şəkildə qəbul edirik.” – Deyə Vurğulayıb.

    Deputat J. Əliyeva – “Bunu dəfələrlə demişik, yenə də deyirik ki, Azərbaycanın, onun hər hansı insanına, vətəndaşına, torpağına əl uzadan, dil uzadan qüvvələrə cavab verəcək gücü və qüdrəti var. Bir səfirlik harada yerləşməyindən, hansı ölkəyə aid olmağından asılı olmayaraq həmin ölkədə öz ölkəsinin suveren torpağı sayılır. İrandakı səfirliyimizə olan hücum, əslində elə Azərbaycana, ölkəmizin özünə bir terror aktı kimi, bir çirkin niyyət kimi qəbul edilməlidir, ona görə də bu hadisə beynəlxalq hüququn bütün normalarını pozur. Beynəlxalq konvesiyaların bütün normalarını pozur. Əlbəttə ki, bu aqressiya, bu hadisə mütləq öz qiymətini almalıdır. Bütün cavabdehlər də ifşa olunmalıdır.” – Deyə tarixi qeydlərlə şərh verib.


    Ülkər PİRİYEVA


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR