AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Deputat Tahir Mirkişili: “Türkiyənin sevinci bizim sevincimiz, dərdi bizim dərdimizdir!” - ÖZƏL

  • + A
  • - A
  • 9-02-2023, 22:44

    Deputat Tahir Mirkişili: “Türkiyənin sevinci bizim sevincimiz, dərdi bizim dərdimizdir!” - ÖZƏL



    Azərbaycan Milli Məclisinin deputatları qardaş Türkiyəyə yardım kampaniyasında dəstək nümayiş etdirir.

    Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvləri qardaş Türkiyəyə yardım aksiyasına qoşulub.

    “Azərbaycan vətəndaşlarının Türkiyəyə qardaş yardımı dayanmır… Türkiyənin sevinci bizim sevincimiz, dərdi bizim dərdimizdir!”

    Azadmedia.az xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Milli Məclisinin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri, deputat Tahir Mirkişili vurğulayıb.

    Deputat Tahir Mirkişili - “Qardaş Türkiyədə baş verən faciəvi zəlzələ bizi çox sarsıtdı.. Qardaş ölkənin sevincini sevincimiz, kədərini öz kədərimiz bilir, hər zaman ona dayaq və kömək olmağa hazırıq. Qəlbimiz və dualarımız həmişə olduğu kimi daim qardaş Türkiyənin yanındadır. Həlak olanların yaxınlarına və qardaş Türkiyəyə başsağlığı verir, yaralılara şəfa diləyirik. Azərbaycan hər zaman Türkiyənin yanındadır!” - Deyə bidirib.

    Qeyd edək ki, Azərbaycan deputatları tərəfindən çadırlar, qızdırıcı avadanlıqlar, generatorlar, yataq dəstləri, geyimlər və başqa lazımi avadanlıqların Türkiyəyə göndərilməsi üçün aksiyaya dəstək verilib.

    Xatırladaq ki, fevralın 6-da Türkiyədə baş verən zəlzələ 7,7 bal gücündə olub. Zəlzələdən 10 vilayət zərər çəkib, minlərlə sakin həlak olub və xəsarət alıb.









    Ülkər Piriyeva


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR