AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Deputat Anar Məmmədov: “Azərbaycan və Türkiyə hər zaman bir-birinin yanındadır! Can qardaşlarımız, ürəyimiz Sizlərlə bərabər döyünür!” - ÖZƏL

  • + A
  • - A
  • 9-02-2023, 23:57


    Deputat Anar Məmmədov: “Azərbaycan və Türkiyə hər zaman bir-birinin yanındadır! Can qardaşlarımız, ürəyimiz Sizlərlə bərabər döyünür!” - ÖZƏL

    Azərbaycan Milli Məclisinin deputatları qardaş Türkiyəyə yardım kampaniyasında dəstək nümayiş etdirir.

    Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvləri qardaş Türkiyəyə yardım aksiyasına qoşulub.

    “Azərbaycan və Türkiyə hər zaman bir-birinin yanındadır! Can qardaşlarımız Ürəyimiz Sizlərlə bərabər döyünür!”

    Azadmedia.az xəbər verir ki, bu sözləri Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, deputat Anar Məmmədov vurğulayıb.



    Deputat Anar Məmmədov - “Qardaş Türkiyədə baş verən dağıdıcı zəlzələ bizi sarsıtdı və dərindən kədərləndirdi.
    Ürəyimiz və dualarımız bu dağıdıcı zəlzələlərdə bütün həlak olanlar, yaralılar, evlərini və ya yaxınlarını itirənlərlədir. Bu çətin zamanlarda da Türkiyə xalqı ilə hər zaman olduğu kimi tam bir həmrəylik içindəyik.
    Bu dəhşətli faciə nəticəsində yaxınlarını itirmiş bütün ailələrə ən dərin və ən səmimi başsağlığımızı çatdırırıq. Yaralılara şəfa diləyirik. Kədəriniz kədərimiz, Acınız acımızdır.. Can qardaşlarımız ürəyimiz Sizlərlə bərabər döyünür.. Hər zaman yanınızdayıq. Uca Allahdan bütün Türkiyə xalqına güc və səbir diləyirəm! Azərbaycan sizinlədir! Başın sağ olsun Türkiyə!” - Deyə bildirib.


    Qeyd edək ki, Azərbaycan deputatları tərəfindən çadırlar, qızdırıcı avadanlıqlar, generatorlar, yataq dəstləri, geyimlər və başqa lazımi avadanlıqların Türkiyəyə göndərilməsi üçün aksiyaya dəstək verilib.

    Xatırladaq ki, fevralın 6-da Türkiyədə baş verən zəlzələ 7,7 bal gücündə olub. Zəlzələdən 10 vilayət zərər çəkib, minlərlə sakin həlak olub və xəsarət alıb.














    Ülkər Piriyeva


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR