AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Deputat Elnur Allahverdiyev: “Türkiyə bu çətin durumdan alnıaçıq, dəyanətlə çıxacaq və daha güclü olacaq!” - ÖZƏL

  • + A
  • - A
  • 10-02-2023, 18:15

    Deputat Elnur Allahverdiyev: “Türkiyə bu çətin durumdan alnıaçıq, dəyanətlə çıxacaq və daha güclü olacaq!” - ÖZƏL


    Azərbaycan Milli Məclisinin deputatları qardaş Türkiyəyə yardım kampaniyasında dəstək nümayiş etdirir.

    Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvləri qardaş Türkiyəyə yardım aksiyasına qoşulub.


    “Türkiyə bu çətin durumdan alnıaçıq, dəyanətlə çıxacaq və daha güclü olacaq! Türkiyənin acısı acımız, sevinci sevincimizdir!
    Azadmedia.az xəbər verir ki, bu sözləri
    Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, deputat Elnur Allahverdiyev qeyd edib.


    Deputat bildirib ki, “Bu gün həmkarlarımla birlikdə Bakı İdman Sarayında Türkiyədə zəlzələdən zərər çəkmiş qardaş və bacılarımıza yardım məqsədilə təşkil edilən kampaniyanın gedişi ilə tanış olduq. Könüllülərimizə dəstək verdik, onları ruhlandırdıq. Sağolsun gənclərimiz, Heydər Əliyev Fondunun təşəbbüsünə qoşulub canla-başla vətəndaşlıq borcunu yerinə yetirirlər. Xalqımızın belə mütəşəkkil surətdə, könüllü, səmimi şəkildə bu ümummilli aksiyaya qoşulması hər bizimizi fərəhləndirir. Bu birlik bizim qürur mənbəyimizdir!
    Aksiya təşkilatçıları ilə söhbət etdik, prosesin gedişatını izlədik, yardımlarımızı çatdırdıq. İdman sarayının zalı son iki gündə dəfələrlə dolub-boşalıb. Gətirilən yardımlar xüsusi yoxlanışdan sonra səliqəli formada təyinatı üzrə qutulara yerləşdirilir və qardaş Türkiyəyə göndərilir. Əminəm ki, Türkiyə bu çətin durumdan alnıaçıq, dəyanətlə çıxacaq və daha güclü olacaq.
    Qardaş Türkiyədə baş vermiş dəhşətli zəlzələdə həyatını itirən bacı və qardaşlarımıza Allah rəhmət etsin! Allah ailələrinə səbr və dözüm versin. Türkiyənin acısı acımız, sevinci sevincimizdir! Azərbaycan sizinlədir! Başın sağolsun Türkiyə!”


    Qeyd edək ki, Azərbaycan deputatları tərəfindən çadırlar, qızdırıcı avadanlıqlar, generatorlar, yataq dəstləri, geyimlər və başqa lazımi avadanlıqların Türkiyəyə göndərilməsi üçün aksiyaya dəstək verilib.

    Xatırladaq ki, fevralın 6-da Türkiyədə baş verən zəlzələ 7,7 bal gücündə olub. Zəlzələdən 10 vilayət zərər çəkib, minlərlə sakin həlak olub və xəsarət alıb.












    Ülkər Piriyeva


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR