AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Gənclər və idman naziri Masallıda olub - FOTO - ÖZƏL

  • + A
  • - A
  • 11-02-2023, 22:37

    Gənclər və idman naziri Masallıda olub - FOTO - ÖZƏL



    Azərbaycan Respublikasının Gənclər və İdman naziri Fərid Qayıbov respublikanın cənub bölgəsinə səfəri çərçivəsində - Masallı, Lənkəran, Yardımlı və Lerik rayonlarındakı idman mərkəzlərinin fəaliyyətləri ilə tanış olub.

    Azadmedia.az-ın cənub bürosu xəbər verir ki, Masallı şəhər 70 saylı seçki dairəsinin deputatı Məşhur Məmmədovun da maddi dəstəyi ilə 44 günlük Vətən müharibəsindəki birliyimizin rəmzinə ucaldılan və açılışı yeni olan “Zəfər” ağır atletika klubuna baxış keçirən nazir Fərid Qayıbov, həmçinin Boradigah qəsəbəsində fəaliyyət göstərən idman zalınının fəaliyyəti ilə də tanış olub.

    Hər iki idman salonundakı mövcud şəraitlə yaxından maraqlanan nazir Fərid Qayıbov,  nazir müavini Mariana Vasileva, deputat Məşhur Məmmədov, Gənclər və İdman Nazirliyinin, Azərbaycan Ağır Atletika Federasiyasının nümayəndələri Masallı rayonunun ictimai-siyasi həyatında fəal iştirak edən, eləcə də idman yarışlarında uğur qazanan idmançıları ilə söhbət əsnasında, ölkədə gənclər və idman sahəsində əldə edilən nailiyyətlərə də toxunulub. Həmçinin nazir Qayıbov tərəfindən gənclərin sosiallaşması, sağlam tərzdə böyüməsi baxımından bölgələrdə inşa edilən belə idman zallarının vacibliyi də vurğulanıb. Nazir ötən illərdə əldə edilən nailiyyətlərə görə rayon idmançılarını təbrik edib, onlara uğurlar arzulayıb. İdmançılar öz növbəsində, səmimi görüşə görə nazirə təşəkkür ediblər.

    “Zəfər” ağır atletika klubundakı görüş zamanı, deputat Məşhur Məmmədov, Prezident İlham Əliyev tərəfindən idmana və idmançılara olan diqqət və qayğının dövlət siyasətinin tərkib hissəsi kimi müəyyənləşdirdiyinə diqqət çəkib. Deputat Məmmədov eyni zamanda, ölkəmizin bədən tərbiyəsi və idman sahəsinin inkişafında mühüm nailiyyətlər əldə etdiyini, ölkədə idman sahəsində qazanılan uğurlarda Masallı rayon idmançılarının da payının olduğunu qeyd edərək Masallı rayonu idmançılarının müxtəlif nüfuzlu yarışlarda xeyli dərəcədə qazandıqları yüksək nəticələrdən danışıb.

    Rayon idmançıları yaradılan şəraitə görə, deputat M. Məmmədova minnətdarlıqlarını bildiriblər.










    Ü. Piriyeva


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR